Ronaldo Marselonu “Yuventus”a keçirmək istəyir

22-01-2019, 14:43 411 dəfə baxılıb

Ronaldo Marselonu “Yuventus”a keçirmək istəyir


Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşı "Real Madrid”in müdafiəçisi Marselonu İtaliya klubuna keçməyə razı salmağa çalışır.

Xezerxeber.az xəbər verir ki, yayda braziliyalının yeni klubu "Yuventus” ola bilər. Bildirilir ki, futbolçuların bir-biri ilə isti münasibəti var. Otuz yaşlı Marselo "Yuventusa” keçməyə imtina etmir. Transferə heç bir əngəlin olmadığını deyib.

Qeyd edək ki, braziliyalı son iki oyunda "Real Madrid”in heyətində yer almayıb. Təcrübəli müdafiəçinin mövqeyi 22 yaşlı Serxio Reqilona etibar edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR