Çin klubu "Beşiktaş"a 10 milyon avro ödəməyə hazırdır

15-02-2019, 18:58 371 dəfə baxılıb

Çin klubu "Beşiktaş"a 10 milyon avro ödəməyə hazırdır


Türkiyədə transfer pəncərəsi bağlansa da, Rikardo Kuarejma və Qari Medelin "Beşiktaş"ı tərk etmək ehtimalı davam edir.

Medel üçün real təklif var. İddiaya görə, Çinin "Beyçzin Quan" klubu çilili yarımmüdafiəçinin xidmətində maraqlıdı. Uzaq Şərq ölkəsi təmsilçisi "Beşiktaş"ın istədiyi 10 milyon avronu ödəməyə hazırdı.

Medelin İstanbul klubu ilə 2020-ci ilə qədər müqaviləsi var. Onun "Vest Hem"ə keçidi gündəmdə olsa da, İngiltərə klubunun tələb olunan məbləği ödəməməsi səbəbindən transfer baş tutmamışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR