"Yuventus"un ulduzuna 3 klubdan təklif - 90 milyon qiymət qoyuldu

18-03-2019, 10:03 378 dəfə baxılıb

"Yuventus"un ulduzuna 3 klubdan təklif - 90 milyon qiymət qoyuldu


"Yuventus"un futbolçusu Paulo Dibala yayda komandanı tərk edə bilər.

"Tuttosport" xəbər verir ki, argentinalı futbolçunu Avropanın 3 böyük klubu istəyir.

Belə ki, 25 yaşlı hücumçuya "Bavariya", "Mançester Siti" və PSJ-dən təkliflər var. "Yuventus" isə bu futbolçunu 90 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, "Yuventus" Dibalanı 2015-ci ildə "Palermo"dan 40 milyon avroya alıb. Hazırda "Tranfsermarkt" ona 100 milyon avro qiymət qoyub. O, cari mövsümdə meydana çıxdığı 34 matçda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR