"Liverpul" "Real"ın istədiyi futbolçunun yerinə onu transfer edəcək

9-04-2019, 16:59 358 dəfə baxılıb

"Liverpul" "Real"ın istədiyi futbolçunun yerinə onu transfer edəcək


"Liverpul" mövsümün sonunda "Real"a transfer olunması gözlənilən Sadio Maneyə əvəzləyici tapıb.

"Qırmızılar" hazırda "Lion"da çıxış edən Mempis Depayı transfer siyahısına salıb.

2015-ci ildə PSV-dən 34 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Qana əsilli hollandiyalı futbolçu ümidləri doğrultmamışdı. Lui van Qaaldan sonra "qırmızı-şeytanlar"a rəhbərlik edək Joze Mourinyonun etimadını qazana bilməyən 25 yaşlı forvard 2017-ci ildə 16 milyon avroya "Lion"a satılmışdı.

"Liverpul"un məşqçilər korpusu Liqa 1-də indiyədək keçirdiyi 80 oyunda 30 qol vuran Depayın kifayət qədər təcrübə yığdığını və böyük klubda oynamağa hazır olduğunu düşünür.

Qeyd edək ki, Depay cari mövsümdə forma geyindiyi 40 rəsmi oyunda 8 qola imza atıb və 14 məhsuldar ötürmə verib. Sadio Mane isə 40 rəsmi matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR