Avropa İttifaqının Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükü ilə bağlı maraqları

24-04-2019, 12:46 327 dəfə baxılıb

Avropa İttifaqının Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükü ilə bağlı maraqları

Avropa İttifaqı (Aİ) Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükündə maraqlı ola bilər.

Bu barədə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, Aİ-nin enerji şaxələndirilməsi siyasəti təkcə yeni qaz mənbələrinə deyil, həm də yeni tədarük marşrutlarına yönəlib:

"Tədarükün təhlükəsizliyi ilə bağlı siyasəti çərçivəsində Aİ Xəzər dənizindən - Azərbaycanın hələ işlənməmiş yataqlarından və Türkmənistandan qaz tədarüklərində maraqlı ola bilər".

Bu baxımdan Avropa Komissiyasında "Cənub Qaz Dəhlizi"nin enerji ehtiyatları tədarükünün şaxələndirilməsi üçün vacibliyini vurğulayıblar:

"Layihənin reallaşdırılması başa çatdıqdan sonra Aİ "Şahdəniz-2" yatağından 10 milyard kubmetr qaz əldə edəcək. "Cənub Qaz Dəhlizi"nin buraxılış qabiliyyəti daha güclü kompressor stansiyaları sayəsində artırıla bilər".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR