Neftin qiyməti ötən 7 ilin ən pis may performansını göstərib

3-06-2019, 14:21 295 dəfə baxılıb

Neftin qiyməti ötən 7 ilin ən pis may performansını göstərib

Neftin qiymətində son 7 ilin ən pis may ayı performansı qeydə alınıb.
ABŞ-İran və ABŞ-Venesuela əlaqələrindəki zəiflik, Birləşmiş Ştatların Meksikadan idxal edilən mallara 5 faizlik əlavə rüsum tətbiq edilməsi ilə bağlı bəyanatı, ümumilikdə isə qlobal ticari gərginliyin enerji tələbatındakı artımı kölgədə qoyması fonunda neftin qiyməti ötən 7 ilin ən pis may ayı performansını göstərib.
OPEC-in istehsalı azaltması, Venesuela, İran və digər hasilatçı ölkələrdəki böhranların təsiri ilə ilin əvvəlindən neftin qiymətinin 40 faizədək artmasına baxmayaraq, apreldə ABŞ-Çin ticarət müzakirələrinin sərtləşməsi ilə 19 faizdən çox ucuzlaşıb. Mayın əvvəlində "Brent” markalı neftin bir barrelinin qiyməti təxminən 70 dollar civarında idi. Ayın ortasında hətta 74 dollar/barrelədək yüksələn "Brent”in bir barreli hazırda Londonun ICE birjasında 61,99 dollara alıcı axtarır. "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 53,50 dollara satılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR