“Nutrilak“ körpələrimizi HƏDƏFƏ ALIB!!! - VİDEOFAKT

15-10-2019, 09:21 271 dəfə baxılıb

“Nutrilak“ körpələrimizi HƏDƏFƏ ALIB!!! - VİDEOFAKT



Bakıda uşaq qidasının içindən qurd çıxıb. Bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib. Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR