AQTA “Flaqman” kolbasa sexini yoxlayıb

29-10-2019, 14:39 333 dəfə baxılıb

AQTA “Flaqman” kolbasa sexini yoxlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Flaqman” kolbasa sexində yoxlamalar aparıb. Bu barədə Reportyor.info-ya məlumat daxil olub. Qurum şirkətin istehsalat müəssisəsində kolbasa və sosiska məhsullarının tərkibindəki qidaların təhlükəsizliyi ilə bağlı təftiş həyata keçirib.

Son vaxtlar ölkənin qida sənayesi, xüsusən kolbasa-sosiska məhsullarının keyfiyyəti barədə müxtəlif iddialar səslənməkdədir. Yoxlamaların da bu səbəbdən aparıldığı bildirilir. Lakin AQTA araşdırmaların nəticələri barədə ictimaiyyətə rəsmi məlumat verməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR