Məmurlar büdcə pulu hesabına ən azı 10 qeydiyyatsz iş yeri yaradır - EKSPERT

9-12-2019, 10:18 325 dəfə baxılıb

Məmurlar büdcə pulu hesabına ən azı 10 qeydiyyatsz iş yeri yaradır - EKSPERT

"ASAN xidmət" "məişət rüşvətini" qarşısını alıb və öz pulumuza bizə keyfiyyətli xidmət göstərir.

İqtisadçı-ekspert Natiq Cəfərli bu fikirdədir.

O bildirib ki, məişət rüşvəti və korrupsiya fərqli anlayışlardır:

"Məmləkəti içdən yeyən büdcə korrupsiyası, qeyri-şəffaf tenderlər, məmur biznesidir. Korrupsiyanın qarşısını ancaq ideoloji platforması, dəyərləri, inandırıcı hekayəsi olan hökumət ala bilər - loyallıq ideoloji olmasa, korrupsiyaya qalib gəlmək olmaz. Paralel olaraq korrupsiyanın yaratdığı iqtisadi aktivliyi əvəz edəcək mexanizmlər də yaradılmalıdır".

Ekspert "Büdcəni əmən orta-iri kimi məmur düşünün, tutalım, aya 100 min manat (rəqəm şərtidir) oğurlayır. Həmin pulla evində 2 qulluqçu, bir sürücü saxlayır, bağında 1 mühafizəçiyə maaş verir. Həyat yoldaşı ayda 4-5 dəfə gözəllik salonuna gedir, "şopinq" edir, uşaqlarına 3-4 repetitor tutur, hələ azı 1 məşuqəsi də olur, ona ev-maşın alır, o da salona, alış-verişə gedir. Qısası, azı 10 qeydiyyatsız iş yeri yaradır, onlara maaş verir, həmin işçilər də büdcədən oğurlanan pulla ərzaq-paltar alır, kommunal xərclərini ödəyirlər. Büdcə korrupsiyası iş yerləri və iqtisadi aktivlik yaradır, bunu əvəz edən mexanizmlər tapılmasa, işsizlik artacaq, ticarət dövriyyəsi zəifləyəcək”, - deyə bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR