Ekspert Mərkəzi Bankın son qərarını kartofla müqayisə etdi: “Başqa heç nə…”

16-12-2019, 10:34 276 dəfə baxılıb

Ekspert Mərkəzi Bankın son qərarını kartofla müqayisə etdi: “Başqa heç nə…”


Mərkəzi Bank uçot dərəcəsi azaldıb.

Belə ki, bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9.25% və 5.75%). Bildirək ki, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bu qərar nəyi dəyişəcək? Digər banklardakı faizlərə necə təsir göstərəcək?

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, heç nəyi dəyişməyəcək. Çünki Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi formaldır:



“Onun heç nəyə təsiri yoxdur. 4-5 il bundan əvvəl uçot dərəcəsi 3 faiz idi. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. İqtisadi nəzəriyyədə belədir ki, Mərkəzi Bank bazara nə qədər ucuz kredit verirsə, banklar da öz növbəsində əhaliyə və sahibkarlara ucuz kredit verir. Bizdə isə bu, heç vaxt baş vermir. Mən təkrar deyirəm, tutaq ki, indi 7,5 faiz edib, 4-5 il əvvəl 3 faiz idi. Bu, o deməkdir ki, Mərkəzi Bankın bu aləti işləmir. Niyə işləmir? Çünki Mərkəzi Bank bütün banklara kredit vermir”.

Həmsöhbətimiz vurğulayıb ki, Mərkəzi Bank bunu sadəcə, reklam üçün edir:

“Elan edir ki, faiz dərəcəm bu qədərdir, bundan sonra isə ancaq özü istədiyi banka verir. Allah bilir ki, reallıqda nəyin müqabilində və hansı şərtlər qarşılığında verilir. Yəqin ki, hər bir Azərbaycan vətəndaşı bunu təxmin edə bilir. Bu, ona bənzəyir ki, mən çıxıram bazara və deyirəm ki, mən 1 qəpiyə kartof satıram. Başqaları isə kartofu 1 manata satır. Mən isə 1 qəpik olduğunu dəfələrlə bildirirəm, amma onu ancaq bir-iki nəfərə satıram. Yəni bu, görüntüdə mənim kartofumun 1 qəpik olduğunu göstərir. Realda isə 1 qəpik olmur. Sadəcə, özüm üçün deyirəm. Elə Mərkəzi Bankda sadəcə, özünü reklam edir. Başqa heç nə...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR