"Açıq tender olsa idi, daha əlverişli təklif almaq olmazdımı?"

27-01-2020, 14:41 218 dəfə baxılıb

"Açıq tender olsa idi, daha əlverişli təklif almaq olmazdımı?"

İqtisadçı Rövşən Ağayev energetika naziri Pərviz Şahbazovun Azərbaycanda alternativ enerji ilə çalışacaq iki elektrik stansiyasının tikiləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. Criminal.az xəbər verir ki, iqtisadçı bu haqda şəxsi "facebook" profilində yazıb:
Bu günlərdə energetika nazirinin bir açıqlaması oldu. Azərbaycanda alternativ enerjiylə (günəş və külək) çalışacaq 2 elektrik stansiyasının tikintisinə başlanacaq. Özlüyündə yaxşı xəbərdir - dünya təbiəti xilas etmək üçün sürətlə ənənəvi enerijdən imtina edir. Əslində arzu edərdim ki, ən azından 2030-cu ilə qədər Azərbaycanın elektrik enerisi istehlakının heç olmazsa yarısı külək və günəşdən alınsın.
Sahə mütəxəssislərinin dediyinə görə, buna ölkənin real potensialı da var. Amma iqtisadçı olduğum üçün istənilən məsələdə həmişə səmərəlilik və şəffaflıq kimi məqamlara diqqət yetirməyə çalışıram. Məsələn, rəsmi məlumata görə, bu 2 layihəni "ACWA Power" və "Masdar" adlı ərəb şirkətləri icra edəcək. Bu məsələdə maraqlandığım, amma açıq informasiya mənbələrindən cavab tapa bilmədiyim bəzi suallar var. Ola bilər məlumatı olan şəxslər elə burdaca həmin suallara cavab tapmağa kömək edə bilərlər.
1. İlkin layihələndirməyə görə 460 Mvt gücündə, 400 mln. dollardan çox dəyəri olacaq bu stansiyaların tikintisi üçün şirkətlər necə seçilib? Son 2-3 ildə dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstan, Özbəkistan, Gürcüstanda tikilmiş və ya hazırda tikilməkdə olan günəş və külək stansiyalarının tikintisi prosesilə bağlı xeyli məlumatım var. Gördüyüm budur ki, bizim regionda xüsusilə Qazaxıstan və Gürcüstan bu layihələrin icraçılarını açıq tenderlər vasitəsilə seçməyə üstünlük verirlər, tenderlər üçün beynəlxalq auksion platformalarından yararlanırlar.
2. Azərbaycan hökuməti ərəb şirkətlərini hansı üstünlüklərinə və ya hansı meyarlara görə seçib?
Bu sualla bağlı onu deyim ki, hazırda dünyada külək və günəş enerisinin 1 MVt gücünün təhvil-təslim dəyəri 1 mln. dollar ətrafındadı. Yəni bu qiymət plyus-minus 5-10% arta-azala bilir. Bir sözlə, bu gün ərəb şirkətlərinin bizə təklif etdiyi qiymətin çox ucuz və ya baha olduunu demək olmaz - orta bazar qiyməti də deyə bilərik. Lakin bu layihəlrin tenderlərə olacağı tədqirdə 10% uduş olmayacağını da kimsə inkar edə bilməz.
Belə layihələrdə uduş təkcə qiymətlə ölçülmür - daha 3 vacib meyar var: layihəni həyata keçirən şirkətin təklif elədiyi texnologiya nə dərəcədə moderndir və gücdən istifadə əmsalı neçə faiz təşkil edəcək, əgər tender olsa idi və bu sahədə mükəmməl təcrübəsi olan Qərb və Koreya şirkətlərindən faydalı iş əmsalı baxımından daha yaxşı təklif almaq mümkün idimi?
1 Kvt-saat enerjinin mümkün maya dəyəri nə qədər gözlənir və açıq tenderlərin geniş iştirakçılığı təmin edəcəyi təqdirdə daha uduşlu variantlar ola bilərdimi?
Bununla bağlı vacib bir faktı deyim - Qazaxıstan Almaniya, İtaliya, Çin, Rusiya və Niderland kimi ölkələrin şirkətlərinin iştirak etdiyi tender nəticəsində bu göstəricini 2.3 dəfə aşağı salmağa və sonda ən yaxşı təklifi verən "Arm Wind" İtaliya şirkətini seçməyə üstünlük verdi. Bu, cəmi 2 ay əvvəl baş tutmuş tender günəş stansiyasının tikintisilə bağlı olub;
Stansiyaların istismarı dövründə təklif olunan xidmət şərtləri necədir və açıq tender olsa idi, daha əlverişli təklif almaq olmazdımı? İctimai vəsaitlərin xərclənməsi üçün şəffaflıq və açıqlığın alternativi yoxdur - böyük-kiçikliyindən asılı olmayaraq istənilən məbləğ, istənilən layihə üçün...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR