Mənzil bazarında – SON VƏZİYYƏT

6-07-2015, 14:00 919 dəfə baxılıb

Mənzil bazarında – SON VƏZİYYƏT

















“Həmkarlarımı daha ehtiyatlı olmağa dəvət edirəm”

İlin əvvəlindən daşınmaz əmlak bazarı üzrə ekspertlər mətbuata açıqlamalarında bazarda durğunluq müşahidə olunduğunu dəfələrlə vurğulayıblar.

Son beş-altı ayda mənzil almaq istəyənlərin sayında kəskin azalma müşahidə olunur.

azinfo.tv daşınmaz əmlak bazarındakı son vəziyyəti öyrənmək üçün bu sahədə fəaliyyət göstərən şirkətlərlə əlaqə saxlayıb.

Mənzil alqı-satqısı ilə məşğul olan “Evim” Daşınmaz Əmlak Agentliyinin nümayəndəsi ilə söhbətimiz zamanı o, bazarda durğunluq yarandığını təsdiq edib.

“Müştərilər gözləmə mövqeyi tutaraq mənzil almaqdan daha çox satmağa üstünlük verirlər. Ümumilikdə, hazırda mənzillərin alqı-satqısı ilə bağlı vəziyyət çox ağırdır. Müştərilər də ucuz mənzil axtarışındadır” - deyə, şirkətin nümayəndəsi bildirib.

“Real Estate” Agentliyinin nümayəndəsi də həmkarının dediklərini təsdiq etdi.

“Bazarda vəziyyət çox zəifdi. Alıcılar 40, 50, 65, 78-80, maksimum isə 100 min manatlıq evi almağa üstünlük verir. 100-200 min arası mənzil almaq istəyənlər isə demək olar ki, yoxdur”.

Şirkətin nümayəndəsi onu da əlavə etdi ki, paytaxtda ev almağa müştərilər arasında sadəcə istək ola bilər.

“Alıcı Bakıda 1 otaqlı mənzilə görə də 60-70 min manat da ödəmək istəmir”.

Söhbətimiz zamanı aydın oldu ki, əgər bir müddət əvvəl Yeni Yasamala axın çox idisə, hazırda həmin ərazidə bahalaşma müşahidə olunduğundan, müştərilər ucuz, yəni Abşeron ərazisindən ev almağa üstünlük verir.

“Piramida” Daşınmaz Əmlak Agentliyinin əməkdaşı isə bildirib ki, mənzil bazarı ilə müqayisədə torpaq almaq istəyənlər çoxdu.

“Bazarda vəziyyət zəifdi. Ev satmaq istəyənlər qiymətlərin qalxacağı ilə bağlı gözləmə mövqeyindədir. Tələsən yoxdu. Bununla belə, müştərilər arasında, Binəqədi, Mehdiabad, Bakı kəndlərinə tələbat var. Qiymətləri isə 35, 40, 50 min manat arasında dəyişir” - deyə, şirkətin əməkdaşı qeyd edib.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə bazardakı durğunluqla bağlı proqnoz vermək istəmədi. Onun sözlərinə görə, indiki həssas məqamda hər hansı proqnoz mənzil bazarında sayı tək-tük olan müştərilərin də uzaqlaşmasına səbəb ola bilər.

“Həmkarlarımı daha ehtiyatlı olmağa dəvət edirəm” - deyə, o qeyd edib.

Ekspert onu da əlavə edib ki, neftin qiymətinin psixoloji həddi 70 dolları keçəcəyi təqdirdə mənzil bazarında baş verən durğunluğun sona çatmağını düşünmək olar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR