Bakı sakinlərinin banklarda nə qədər pulu var? – RƏSMİ

10-07-2015, 12:12 1001 dəfə baxılıb

Bakı sakinlərinin banklarda nə qədər pulu var? – RƏSMİ



















AMB məlumat yaydı

2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Bakı şəhəri üzrə cəlb edilmiş əmanətlərin həcmi 7 milyard 003 milyon 901,4 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, əmanətlərin 1 milyard 819 milyon 763,9 min manatı milli valyutada, yəni manatda, 5 milyard 184 milyon 137,5 min manatı isə xarici valyutada yerləşdirib.

Bununla belə, son bir ayda Bakı şəhəri üzrə cəlb edilmiş əmanətlərin həcmi (həm milli, həm də xarici valyutada) azalıb.

Belə ki, hesabata görə, milli valyutada olan əmanətlərin həcmi son bir ayda 104 milyon 263,9 min manat azalıb. Xarici valyutada yerləşdirilmiş əmanətlər üzrə isə 9 milyon 927,3 min manat azalma qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il iyunun 1-nə milli valyuta ilə cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi 7,6%, xarici valyuta ilə isə 8,5% olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR