Siqaretin qiyməti yenə düşüb

16-02-2016, 13:47 592 dəfə baxılıb

Siqaretin qiyməti yenə düşüb












“Japan Tobacco International” məlumat yayıb

“Japan Tobacco International” (JTI) şirkəti daha bir neçə brendlərə aid siqaretlərin Azərbaycan bazarında satış qiymətini ucuzlaşdırıb.

Şirkətdən Report-a verilən məlumata görə, “LD Extra” və “Sobranie” markalı siqaretlərə aiddir.

Şirkətin “LD Extra” markalı siqaretinin qiyməti 2,60 manatdan 2,20 manata düşüb, “Sobranie” markalı siqaretin qiyməti isə 4,30 manatdan 3,30 manata qədər ucuzlaşıb.

Xatırladaq ki, ötən həftə şirkətə məxsus siqaret çeşidlərində, xüsusən də “Winston” (15%), “Sobranie” (29%), “Camel” (14%) üzrə ucuzlaşma qeydə alınmışdı. “Winston”un qiyməti 3,30 manatdan 2,80 manata, "Camel"in qiyməti isə 3,50 manatdan 3 manata düşüb.

Şirkət bu ucuzlaşmanı alıcılıq qabiliyyəti və qiymətlərin bahalaşmasından sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayının artması ilə bağlı olması ilə əsaslandırmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR