Beynəlxalq Banka 50 milyon dollar borcu olan iş adamından xəbər var

20-02-2016, 12:38 734 dəfə baxılıb

Beynəlxalq Banka 50 milyon dollar borcu olan iş adamından xəbər var












R.Bəkirov 2015-ci ildə saxlanılıb

Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

azinfo.tv xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən iclasda iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, R.Bəkirov 2015-ci ildə saxlanılıb.

Onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir. R.Bəkirov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xatırladaq ki, R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR