Adil Vəliyev tikinti üçün «icazə qiymətlərini» qaldırdı

24-06-2015, 16:48 1399 dəfə baxılıb

Adil Vəliyev tikinti üçün «icazə qiymətlərini» qaldırdı

















Sabunçu İcra Hakimsiyyətinin başçısı Adil Vəliyev tikintiyə «icazə» qiymətlərini qaldırıb

Bir neçə gün əəvvəl Sabunçu İcra Hakimsiyyətinin başçısı Adil Vəliyev Pirşağı qəsəbə nümayəndəsini dəyişdirib. Bu barədə Cumhuriyyet.az-ı məlumatlandıran mənbə bildirib ki, köhnə nümayəndə Ramin Vəliyevə icra hakimiyyətində iş verilib. Onun yerinə isə Bakıxanov qəsəbəsinin icra nümayəndəsi Vidadi Səlimov təyin olunub.
Mənbənin bildirdiyinə görə Adil Vəliyevin gənc və yerli kadr olan Ramin Vəliyevi vəzifəsindən almasına səbəb, nümayəndənin tikinti üçün «icazə» pulunu toplaya bilməməsi olub. Belə ki, əslən yerli olan Ramin Vəliyev qəsəbə sakinləri ilə münasibətləri gərginləşdirməkdən çəkindiyi üçün tikinti üçün «icazə» pullarının toplanılmasında problemlər yaranıb. Buna görə də Adil Vəliyev Ramin Vəliyevi icra hakimiyyətinə məsləhətçi vəzifəsinə təyin eibğ. Onun yerinə isə daha təcrübəli olan və əslən naxçıvanlı, Bakıxanov qəsəbəsinin nümayəndəsi Vidadi Səlimovu gətirib. Bu təyinat isə Pirşağı sakinlərinin heç də ürəyincə olmayıb. Mənbə bildirir ki, Pirşağı sakinləri Adil Vəliyevin yeni təyinatından narazıdırlar və yaxın günlərdə buna görə qəsəbədə etiraz aksiyasının kesirilməsi gözlənilir.
Mənbə iddisına əsasən Vidadi Səlimov təyinatından həmən sonra tikinti üçün «icazə qiymətlərinin» qaldırıldığını elan edib. Belə ki, yeni nümayəndə bir mərtəbəli evlər üçün «tikinti icazəsini» 2 mindən 4 minə, iki mərtəbəli binalar üçünsə 4 mindən 8 minə çıxarıb. Yəni faktiki olaraq qiymətlər yüz faiz artırılıb. Bu isə təbii narazılıqla qarşılanıb.
Qeyd edək ki, Bakıda qanunsuz tikililərə icazə verilməsi üçün icşçıları nümayəndələr, bələdiyyə sədrləri və xüsusi adamları vasitəsi ilə rüşvət alırlar. Həmin rüşvətin həsmini də icra hakimiyyətləri təyin edirlər. Hətta qanuni olsa belə, «tikinti icazəsi» olmayan evlər xüsusi qrup tərəfindən sökülür. Bu qrupların hansı səlahiyyət sahibləri olmasını isə heç kim bilmir.
Xatırladaq ki, Bakıda və xüsusən də şəhər ətrafında tikilən evlərin çoxusu qanunsuzdur və bu qanunsuz tikililər icra başçılarının böyük gəlir yerinə çevrilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR