“Avtovağzal” stansiyası bu gün açılır

19-04-2016, 10:31 610 dəfə baxılıb

“Avtovağzal” stansiyası bu gün açılır















Stansiyaların sayı 25-ə çatacaq

Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası açılır.

“Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq.

Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.

“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.

İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR