Bakının mənzil bazarında qiymətlər sabitləşəcək

13-06-2016, 11:41 704 dəfə baxılıb

Bakının mənzil bazarında qiymətlər sabitləşəcək















“Ən böyük azalma kommersiya obyektləri bazarında olub”

Bakının mənzil bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.

Trend xəbər verir ki, bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11% azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir:

“İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04% (dollarda qiymətlər 0,51% artıb) azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23% (dollarla 1,77% artıb) artıb”.

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18% dollarda isə 1,72% artıb.

Ən böyük azalma kommersiya obyektləri bazarında olub. Belə ki, qiymətlər manatda 2,15%, dollarda isə 1,62% azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq:

“Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə 3% ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha 2% artacağı istisna olunmur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR