KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişikliklər edəcək

5-08-2015, 14:16 1037 dəfə baxılıb

KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişikliklər edəcək



















Qiymət bahalaşır

1 sentyabr 2015-ci il tarixindən KATV1 kabel televiziyası paketlərin formalaşdırılmasına bəzi dəyişikliklər edəcək.

Dəyişikliklər əsasən abunəçilərə kanalların yayim dili secimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir, eyni zamanda “HD” paketinin daha da zənginləşdirilməsinə şərait yaradır.

Əsas paketdə “əyləncəli”, “kinofilmlər” və “idman” formatlı populyar kanallar üstünlük təşkil edəcək.

Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı yaradacaq.

KATV1 kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün HD qəbuledicilərə (resiverlərə) və yeni nəsil “Smart Box”lara keçidi reallaşdırır.

KATV 1-in internet xidmətinin istifadəçiləri bu “Smart Box”lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər.

Yuxarıda göstərilən dəyişiklikləri nəzərə alaraq 1 sentyabr 2015-ci il tarixindən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR