“Yeni Həyat” şirkəti bağlandı

6-08-2015, 13:18 869 dəfə baxılıb

“Yeni Həyat” şirkəti bağlandı













“Yeni Həyat” şirkətinin fəaliyyətini dayandırması Beynəlxalq Bank və Texnika Bank ətrafında gedən proseslərlə bağlıdır


Azərbaycanda 14 il fəaliyyət göstərən “Yeni Həyat” MMC ləğv olunub. Vergilər Nazirliyi xəbər verir ki, şirkət bağlanmasını rəsmən bəyan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 (“Azure” yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.
Xatırladaq ki, “Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb. (APA)
“Azadlıq” olaraq qeyd edək ki, “Yeni Həyat” şirkəti Beynəlxalq Bank və Texnika Bankın kreditləri hesabına layihələr həyata keçirib. Onun bağlanması da məhz bu banklar ətrafında baş verən proseslərlə bağlıdır. Şirkətin gerçəkləşdirdiyi layihələr arasında AZURE Kompleksini göstərmək olar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR