İpoteka ilə ev aldıqda xərclərinizə qənaət edə bilərsiniz

27-07-2016, 11:00 637 dəfə baxılıb

İpoteka ilə ev aldıqda xərclərinizə qənaət edə bilərsiniz









Yerli inşaat və daşınmaz əmlak bazarında tanınmış Bakıxanov Rezidens Komplekslər Qrupu mənzil alanlara “Qənaətli ipoteka”dan yararlanıb xərclərini azaltmağı təklif edir

Belə ki, ilkin ödəniş 20% edildiyi halda, alıcını mənzil sahəsinin hər kvadratmetrinin qiymətində 40 manat, 25% edildikdə - 50 manat, 30% edildikdə isə - 70 manat endirim gözləyir.

İlk baxışdan adi endirim kimi görsənməsinə baxmayaraq, bu təklifin uzaq perspektivdə daha çox qənaət etmək imkanı yaradır. Misal üçün, sahəsi 100 kvadratmetr, hər kvadratmetrin qiyməti isə 1100 manat olan mənzili 20 illik ipoteka vasitəsilə aldıqda yaranan qənaətə nəzər yetirək.

Hesablamalar göstərir ki, ilkin ödəniş 20% olduqda, nəzərdə tutulan endirim sayəsində ipoteka müddəti ərzində alıcı ödəniləcək tam məbləğdə 8244 manat, 25% olduqda 9972 manat, 30% olduqda isə 13498 manat qənaət etmiş olur.

Qeyd edək ki, Bakıxanov Rezidens Komplekslər Qrupu hazırda Bakıxanov Rezidens 2 və 3, həmçinin Ramana Rezidens yaşayış komplekslərinin inşasını həyata keçirir.

Bu ayın əvvəlində isə Bakıxanov qəsəbəsinin mərkəzində çoxmərtəbəli, möhtəşəm “Brilliance Residence” layihəsinin təməli qoyulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR