35 minə yaxın şəxsin pensiyası artırıldı

7-08-2018, 10:44 457 dəfə baxılıb

35 minə yaxın şəxsin pensiyası artırıldı


"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır. Yəni həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hal-hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR