“Xəzər” avtomobilləri Moskvada beynəlxalq sərgiyə çıxarılır

30-08-2018, 12:57 1151 dəfə baxılıb

“Xəzər” avtomobilləri Moskvada beynəlxalq sərgiyə çıxarılır

"Xəzər" avtomobilləri Moskvada beynəlxalq avtomobil sərgisində nümayiş ediləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, avqustun 31-dən sentyabrın 9-dək Moskvada Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçiriləcək beynəlxalq sərgidə "Xəzər" avtomobilləri də nümayiş olunacaq.

Sərgidə Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsi olan "Khazar" Avtomobil Zavodunda istehsal edilmiş "Xəzər LD" və "Xəzər SD" avtomobilləri də təqdim ediləcək.

Avtomobil sənayesinin ən son yeniliklərinin nümayiş olunacağı Moskva Beynəlxalq Avtomobil Salonu sərgisində tanınmış avtomobil istehsalçıları olan "Audi", "BMW," "Cadillac", "Ford", "Honda", "Hyundai", "Infiniti", "Isuzu", "Jaguar", "KIA", "Land Rover", "Lexus", "Mazda", "Mercedes-Benz" və sair öz avtomobillərini nümayiş etdirəcək.

Qeyd edək ki, 2018-ci ilin martında istifadəyə verilmiş "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir və zavodun illik istehsal gücü 10 min avtomobildir.Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edib.Zavodda müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. "Xəzər" avtomobilləri Avro-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və "Made in Azerbaijan" brendi altında satışa çıxarılır. Bu avtomobillərin xarici ölkələrə ixracı da nəzərdə tutulur.

2018-ci ilin sonunadək "Xəzər" Azərbaycan-İran avtomobil zavodunda 1,5 min avtomobil istehsalı planlaşdırılır.

Yaxın 2-3 ildə müəssisədə istehsal həcminin 3 dəfədən çox artırılması nəzərdə tutulur. Şirkətdən bildirilib ki, 2019-cu ildə avtomobil istehsalını ildə 3 min, 2020-2021-ci illərdə isə 5 min ədədə çatdırmaq planlaşdırılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR