Saatlıda işıqpulu qalmaqalı

4-09-2015, 14:16 771 dəfə baxılıb

Saatlıda işıqpulu qalmaqalı

















Sabiq deputatın qohumu Fürsət Əhmədov camaata qan uddurur, sakinlər elektrik enerjisiz qalıb

Saatlıda işıqpulu qalmaqalı yaşanır. Bu barədə rayon sakinləri məlumat verib.

Həmin məlumatda deyilir ki, rayon Elektrik Satışı İdarəsinin müdiri Fürsət Əhmədov onların elektrik enerjisini kəsib. Belə ki, işçilərini ərazilərə göndərən idarə müdiri onlardan hər abunəçiyə minimum 30 manat işıqpulu yazmağı tələb edir. Bu rəqəm bəzən 60-100 manata qədər qaldırılır.

Əhmədovun tapşırığı əsasında köhnədən borcu olan şəxslərə də rəhm edilmir. Onlardan bütün borcun bağlanmasını tələb edirlər. «Halbuki köhnədən olan borclar hissə-hissə ödənilməlidir və «Azərenerji» rəhbərliyi də bununla bağlı göstəriş verib. Amma Fürsət Əhmədov üçün bunun heç bir əhəmiyyəti yoxdur. Pulu ödəməyənin işığını yerindəcə kəsirlər».

Onların bildirdiyinə görə, dözülməz vəziyyət yaranıb və günlərlədir evlərində işıq yoxdur. Edilən şikayətlərə də baxan olmur. «Fürsət Əhmədov deyir ki, bu, onun qaydalarıdır və kimə istəyirlərsə, şikayət edə bilərlər. Bu adamla nə edəcəyimizi bilmirik».

Vətəndaşlar bildirir ki, Fürsət Əhmədov Saatlı İşıq İdarəsinə Sabirabaddan gəlib. Onların sözlərinə görə, sözügedən şəxs Sabirabad İşıq İdarəsinin müdiri işləyərkən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunub və qərarla işdən çıxarılıb. «Onu Ağcabədidə işləyəndə qovublar. Sonra İmişli İşıq İdarəsində müdir işləyib və oradan da qovublar. Qərarla işdən çıxarılmış adamın yenidən vəzifəyə hansı qanunla gətiriblər, məlum deyil».

Fürsət Əhmədov Saatlının sabiq icra başçısı, həmçinin keçmiş deputat Gülhüseyn Hüseynovun ən yaxın qohumudur. Onun vəzifə başında qalması da məhz sözügedən şəxsin sayəsində mümkün olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR