“Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti”

25-11-2018, 21:47 545 dəfə baxılıb

“Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti”














“Nar” “British Council”-un təşkilatçılığı ilə Fiziki Qüsurlu Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması layihəsi çərçivəsində karyera sərgisində iştirak edib. Sərgidə mobil operator media əlaqələri üzrə mütəxəssis, illustrator və qrafik dizayner, korporativ satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib. 23 noyabrda keçirilmiş sərgidə “Nar” stendinə maraq böyük olub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda “British Council” tərəfindən icra olunur. Layihənin əsas məqsədi Bakıda yaşayan fiziki qüsurlu insanların məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları 2018-ci il ərzində ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediliblər.

Qeyd edək ki, “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində (“Nar” ticarət nişanı) hazırda fiziki qüsurlu şəxslər də çalışır.

Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR