Rubl ən dəyərsiz valyuta seçildi, manat isə... - “Big Mac” indeksi

12-01-2019, 15:24 407 dəfə baxılıb

Rubl ən dəyərsiz valyuta seçildi, manat isə... - “Big Mac” indeksi

“The Economist” jurnalı Rusiya rublunu dünyanın ən dəyərsiz valyutası seçib. “Qafqazinfo” xəbər verir ki, jurnalın hazırladığı “Big Mak indeksi”ndə rublun dollar qarşısında 70,4 faiz dəyər itirdiyi qeyd olunub.

Belə ki, Rusiyada Big Mak hamburgeri 110,17 rubl (1,65 dollar), ABŞ-da isə 5,58 dollar təşkil edir. Bununla da, Rusiya ilə ABŞ arasında hamburgerin qiymət fərqi 70,4 faiz olub.

Azərbaycan manatının isə dollar qarşısında 58 faiz dəyər itirdiyi qeyd olunub. Belə ki, Big Mac Azərbaycanda 3,95 manata, ABŞ-da isə 5,58 dollara satılır. Bu isə o deməkdir ki, manat 58,3 faiz dəyər itirib.

Azərbaycan manatı siyahıda Rusiyadan başqa, Moldova, Rumıniya, Şimali Afrika, Tayvan, Misir, Malayziya, Argentina, Türkiyə və Ukrayna valyutalarını qabaqlaya bilib.

Nəşr qeyd edir ki, bütün dünya valyutaları, İsveçrə frankı, Norveç və İsveç kronu istisna olmaqla, dollar qarşısında dəyər itirib.

Qeyd edək ki, bu indeks Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks ABŞ-ın "McDonald's" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir.

"The Economist" jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR