Abşeronda toy yasa döndü, Bakıda isə gənc oğlan güllələndi

26-12-2015, 21:32 827 dəfə baxılıb

Abşeronda toy yasa döndü, bir nəfər öldürüldü, Bakıda isə 21 yaşlı gənc güllələndi.

Abşeron rayonunda qətl hadisəsi törədilib. Toydan bir gün əvvəl təşkil olunan qonaqlıqda qohumlar arasında düşən mübahisə bir nəfərin ölümünə səbəb olub. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində Rövşən Nəbiyev küçəsi, 23 ünvanında qeydə alınıb. Belə ki, xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün ciyər axşamı məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində Arif Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibalanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Ailəsində təşkil olunan toy məclisinin yasa çevrildiyini deyən Seyran Ağayev baş verən hadisənin ona həm mənəvi, həm də maddi cəhətdən zərbə vurduğunu bildirib.
Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə o, Əlibala Məmmədovun öldüynü görəndən sonra hadisə yerini tərk etdib. Abşeron rayon polis idarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Ötən gecə Bakının Nərimanov rayonunda isə güllələnmə faktı qeydə alınıb. Hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb. Naməlum şəxs vəya şəxslər 21 yaşlı Emil Zülfi oğlu Rzayevi güllələyib. Ayağından yaralanan yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılaraq, dərhal əməliyyat olunub.

Emil Rzayev polis əməkdaşlarına bildirib ki, o, yolla gedərkən yanında bir avtomobil dayanıb. Daha sonra maşında olan şəxslərdən biri atəş açıb. Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, Emil Rzayevin kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

http://kepeztv.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR