"Amerikada gənclərə 18 yaşından sonra ailə qurmağa icazə verilir, amma..."

30-04-2019, 10:38 375 dəfə baxılıb

"Amerikada gənclərə 18 yaşından sonra ailə qurmağa icazə verilir, amma..."

Amerikanın qəribə qanunları vardır, gənclərə 18 yaşından sonra ailə qurmağa icazə verilir, amma onlara 21 yaşınadək spirtli işki qəbul etmək yasaqdır. Odur ki, xüsusi lisenziyalı marketlərdə, eləcə də restoran və barlarda spirtli içkilərin satışı zamanı doğum tarixini təsdiq edən sənəd tələb olunur. Başlıca məqsəd gənclərin spirtli içkilərə aludə olmasının qarşısını almaqdır.


Görünür ki, bu qadağa spirtli içkilərin gənclərin orqanizminə mənfi təsirlərinə neytrallaşdırılmaq məqsədi ilə tətbiq olunur. Hətta buna uyğun qadağalar Rusiyada da vardır. Düzdür, Rusiyada onun icrası çox aşağı səviyyədədir. Amma Azərbaycanda nəinki 16 yaşında da erkən ailə qurmaq, hətta spirtli içkilərin qəbulu ilə bağlı yaş senzi olmadığından istənilən zaman onu qəbul etmək olar.

Bəlkə, bu barədə biz də sağlam gəncliyin inkişafı naminə bu barədə düşünək, təklif edək ki, spirtli içki və siqaretin gənclərə ziyanlı təsirlərini tənzimləmək üçün müvafiq qaydalar qəbul olunsun.

Qubad İbadoğlu, ABŞ-da yaşayan iqtisadçı alim


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR