Gələcəyin təhsili ilə bağlı bədbin proqnozlar: Savadlı insanlar dəyişəcəklər

20-05-2019, 10:01 284 dəfə baxılıb

Gələcəyin təhsili ilə bağlı bədbin proqnozlar: Savadlı insanlar dəyişəcəklər

Sürət əsri sayılan XXI əsrin tələbləri günü-gündən dəyişir və insan bacarığının fövqü səviyyəsinə çatır. XX əsrdə insanın bir ay ərzində ala biləcəyi informasiyanı, XXI əsrdə yaşayan hər hansı şəxs cəmi bircə saata ala bilir.

İnformasiyanın zaman və məkan tanımaması, onu yayan texnika və texnologiyanın az qala hər gün yenilənib, inkişaf etməsi bəşəriyyətin gələcək taleyi ilə bağlı bir sıra suallarla bizləri üzləşdirmiş olur...

Tarix üçün çox qısa bir zaman kəsimi qədər –cəmi 19 ildir, ömür sürən XXI əsr elmi texniki tərəqqinin inkişafına görə, özündən əvvəlki bütün dövrlərin elmi uğurlarını qabaqlaya bildi.

Günbəgün artmaqda olan yeniliklər, zaman və məkanın tərəqqi ilə uyğunlaşa bilməyib ona tabe olması gələcəkdə bəşəriyyətin taleyini də müəyyən mənada sual altına qoyur.

Bəs gələcəyin təhsili necə olacaq? XXI əsrin böyük tələblərinə təhsil sahəsi necə cavab verəcək.



Moderator.az xarici mediaya istinadən təqdim etdiyi yazıda XXI əsrin ortaları üçün təhsilin bəşəriyyətdəki yerinə aid iki bədbin proqnozu diqqətə çatdırır:



Birincisi: "XXI əsrdə savadsız insanlar oxuma, yazma bilməyənlər deyil, öyrənmək, yenidən öyrənmək və daha çox öyrənməyi bacara bilməyənlər olacaqlar"



Dünyanın ən nəhəng futuroloqlarından biri, görkəmli amerikalı filosof, sosioloq Alvin Toffler (1928-2016) yaxın gələcəkdə təhsil və təhsilin problemləri haqda son dərəcə dərin kəlam, təxmin və proqnozlar vermişdir. Tofflerin yuxarıdakı sözləri bunlardan biridir.

Gəlin, diqqət edək: Toffler burada diqqəti oxuma, öyrənmə imkanına çəkir. Yəni bu imkana sahib olmaq savadsız insanla oxumuş arasındakı fərqi aradan qaldırmış olacaq. Tofflerə görə əsas məsələ XXI əsr insanının oxumağa və öyrənməyə olan həvəs və istəyindədir. Buna sahib olanlar savadlı sayılacaqlar, çünki istək olmadan sürətlə dəyişən dünyaya ayaq uydurmaq imkansız olacaq…





İkincisi: 645 tanınmış ekspert arasında aparılan anketin nəticələri də təhsilin gələcəkdəki yeri haqqında xoş sözlər demir.

2030-cu ilə doğru universitet məzunlarından ən çox istənən onların insanlarla dialoq qurma qabiliyyəti olacaq. Praktik bacarıqlar isə ikinci dərəcəli olaraq sayılacaqlar. Akademik bilgilərə isə ən sonda önəm veriləcək...



Bunlar sıradan faktlar deyil. Artıq “intellektual insan” anlayışının getdikcə sıradan çıxacağını, bütün informasiya bazasının tamamilə robot və kompüterdə yerləşəcəyinə işarədir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR