Arvadlarını dəyiş-düyüş edən, valideynlərin öldürən, məhbusların başın kəsən millət

1-10-2019, 17:52 675 dəfə baxılıb


Arvadlarını dəyiş-düyüş edən, valideynlərin öldürən, məhbusların başın kəsən millət
Şimal xalqı olan çukçalar baradə nə bilirik? Demək olar ki, heç nə. Rusların lətifə qəhrəmanına çevirdiyi bu milləti hamı geridəqalmış, axmaq birisi kimi təsəvvür edir. Ancaq əslində belə deyil. Çukçalar düz 150 il ruslara qarşı vuruşublar. Heç sona kimi tabe olmayıblar da. Ruslar qisasların lətifələrlə alıblar.
Sərt iqlimdə yaşadıqları üçün, çox sərt, hətta anlaşılmaz yaşam tərzləri, adətləri var.



İylənmiş ət

Çukotkada ov həmişə olmur. Ona görə azuqələri yığmaq lazım olur. Çokut mətbəxinin əsas hissəsi "tuxtaq” adlanır. Yekə morj ovlanır, sonra doğranır. Ət 50-60 kq hər biri olmaqla dərilərə yığılır və xüsusi qazılmış xəndəyə qoyulur. Üstünü daşlarla basdırırlar.
Ət orda qalır, spesifik dadı əmələ gəlir. Biz bu iylənmiş əti yeyə bilmərik. Ov sezonu başlayanadək qar səhrasında bir canlı olmayan çukça isə bu ehtiyyatla qidalanır. Başqa əlac yoxdur.

Batan adamları xilas etmirlər

Ən qəribə adətləri isə dənizdə batan insanı xilas etməmələridir. Təsəvvür edin, qayıq çevrilir, içindəkilər suya düşüb batır , ancaq ən yaxınları belə onları xilas etməyə can atmır.
Məsələ ondadır ki, çukçaların inancına görə suyun üzəri axirətə gedən portaldır, yoldur. Ona görə insan bu prosesə qarışmamalıdır. Batırsa- demək əcəli çatıb.
Diğər şimal xalqı olan eskimoslarda da bu inanc var.


Məhbusların qənimləri

Çukotkadakı həbsxanalardan məhbus az qaçır. Çünki məhbus bilir ki, çukçanın əlinə düşsə öləcək. Həbsxanadan qaçan məhbusu tutduqda dövlət mükafat verir. Ona görə çukçalar qaçan məhbusu tutan kimi başını kəsirlər. Uzaq yolu məhbusu diri aparmaq, yaxud meyitin daşımaq çətin olur. Başını kəsib həbsxana rəhbərliyinə təhvil verirlər. Əvəzində bir kisə kartoşka yaxid, araq hədiyyə alırlar.


"Öldür məni”

Şimal sərt yerdir. Burada bəzən həkim tapmaq , klinika tapmaq mümkün olmur. Əgər çukça qocalırsa,əldən düşürsə, pis xəstələnirsə böyük oğlunu yaxud hər hansı qohumunu çağırır. Ondan öldürməyini xahiş edir . Çukça əziyyət çəkmək, kiməsə yük olmaqdansa ölümü üstün tutur.
Qoca çadırda beli divara oturur. Öldürən arxadan "palma” adlanan iti bıçağı düz onun ürəyinə sancır. Beləcə ağrısız və ani dünyasını dəyişir. Əgər çıçaqla davrana bilmirsə, çukça iplə də boğa bilir. Ancaq "palma” dəbdədir.
Meyiti açıq havada qoyurlar. Gecə ayı yaxud canavar meyidi sümüyünədək yeyir.

İntim həyatları

Çukçaların intim həyatı heyrətləndirir. Əgər kiçi bir erkək kimi gücsüzdürsə ona qadın paltarı geyindirib, elə qadın kimi də rəftar edirlər. Faktiki olaraq həmin şəxs geyə çevrilir.
Çukot qadsını ərindən başqa da sevgili tapa bilir. Bu adi işdir.
"Nqevtumqıt” adlı adət də var. Məsələn iki kişi müvəqqəti olaraq arvadlarını dəyişə bilirlər. Çukçalar görə qısqanclıq axmaq hissdir.


Göbələk keyfi

Çukçalarda zəhərli göbələk olan muxamoru çeynəmək kimi adtəd var. Bu göbələk onları zəhərləmir. Əksinə narkotik vasitə kimi təsir edir. O da məlumdur ki, çukçalar gec-gec çimir. Şimalda bunu etmək asan deyil. Ayda bir dəfə çimmək normal sayılır. Ancaq çukçaların orqanizmi başqadır. Onları bədəni tərləmir, nə də iy vermir.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR