“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək

5-10-2019, 15:16 250 dəfə baxılıb

“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək

Kaliforniya Universitetinin mühəndisləri "Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.

"ICTnews” xəbər verir ki, "XModal-ID” adlı metod bir-birindən uzaq iki "Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan "Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.

Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. "XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. "XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.

Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR