Banan alarkən diqqətli olun!

17-12-2019, 16:38 286 dəfə baxılıb

Banan alarkən diqqətli olun!

Sağlamlığınız üçün ən faydalı bananların hansılar olduğunu bilirsinizmi?

Bu meyvələrin hansının daha yararlı olduğunu sadalayır:

Yaşıl banan tam yetişməmiş meyvədir. Həzm edilməsi çətindir, faydası azdır. Sarı və qəhvərəngli bananlar isə yetişmiş hesab edilir. Əksəriyyət valideynlər üzərində tund ləkələr olan bananı xarab olmuş hesab etdiyi üçün almır. Ancaq əksinə, ən güclü antioksidant tərkibə malik məhz bu bananlardır.

Bu cür meyvə həzm sisteminə yaxşı təsir edir. Tərkibindəki nişasta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bundan əlavə, "xallı" bananlar digərlərinə nisbətən potasyumla daha çox zəngindir. Bu da xüsusilə uşaqların zehni inkişafı üçün çox vacibdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR