Beriya erməni birinci katibi kabinetində başından niyə güllələdi? - İt kimi gəbər!

17-03-2020, 20:16 321 dəfə baxılıb

Beriya erməni birinci katibi kabinetində başından niyə güllələdi? - İt kimi gəbər!


Heç bir zaman emosiyalara qapılmayan və ağılla hərəkət edən Lavrenti Beriyanı həm dostları, həm də düşmənləri səviyyəli insan kimi xarakterizə edirdilər.

Lakin onun da həddən ziyadə əsəbi vaxtları olurdu və o zaman Lavrenti Pavloviçdən nə desən gözləmək olardı.

Cebhe.info "Tbiliselebi" qəzetinə istinadən xəbər verir ki, tarixçi İosif Aqafanov Beriyanın məhz bu zamanlarından yazıb. Bildirib ki, Beriyanın Birləşmiş Zaqafqaziya Respublikasının Mərkəzi Komitəsinə rəhbər təyin edilməsi Qafqazın üç respublikasının taleyindən və gələcəyindən narahat olan Stalinin ideyası idi.

Stalinin fikrincə, bu gənc gürcü məmuru tapşırılan işin öhdəsindən layiqincə gələcəkdi. Ona görə də dərhal Beriyanı bu vəzifəyə təyin etdi.

Tarixçi yazır ki, çox keçmədi ki, Beriya tapşırılan işin öhdəsindən gəldi və Zaqafqaziyada nizam-intizam yaratdı: “Qafqazın 16 milyonluq əhalisinin arasında Beriya böyük rəğbət qazanmışdı. Ermənistanın Mərkəzi Komitəsinin birinci katibi Aqasi Xancyan Beriyanın mülayim xasiyyətinə elə valeh olmuşdu ki, qədim İran xalçasını birbaşa onun kabinetinə aparmışdı. Xancyan ona tabe olan və xalçanı gətirməkdə köməklik edən üç nəfərlə Beriyanın kabinetinə daxil olmuşdu. Sonra isə həmin üç nəfər mehmanxanaya getmişdi.

Xancyanla kabinetdə təkbətək qalan Beriya xalçanı göstərərək ona sual verir:

- Bu, nə deməkdir, bu, çox ağır şeydir ki, üç nəfərlə gətirmisiniz?

- Lavrenti Pavloviç, bu, qədim İran xalçasıdır. Bunu səmimi qəlbdən erməni xalqı sizə göndərib.

- Yəqin ki, çox bahalıdır...

Xancyan gülümsəyərək cavabında deyib:

- Lavrenti Pavloviç, dostluq qiymətlə ölçülmür.

-Siz haqlısınız, yoldaş Aqasi, xalqlarımızın qarşılıqlı dostluğu şərəfinə bu xalça Dövlət Muzeyinə veriləcək.

Beriya qonağa beləcə qısa cavab verdi. Bu sözlərlə demək istəyirdi ki, o, rüşvət qəbul etmir. Bundan sonra isə ondan Ermənistanda baş verən prosesləri danışmasını istədi. Xancyan respublikasının vəziyyətindən danışdı və yenə də söhbətinin sonunda bir daha Gürcüstanla Ermənistan arasındakı dostluq mövzusuna qayıtdı.

Beriya çox bacarıqlı adam idi, ona görə də dərhal başa düşdü ki, Xancyan ciddi söhbətə hazırlaşır və ona hədiyyə olaraq bahalı xalça gətirib.

Söhbətarası Xancyan ərazi mövzusuna toxundu və dedi:

- Lavrenti Pavloviç, bizdə- Ermənistanda məhsuldar torpaq sahələri çox azdır. Bütün erməni xalqı adından sizdən xahiş edirəm ki, vasitəçi olun, yoldaş Stalinə deyin ki, Cavax torpaqlarını bizə versin, o torpaqlar bizim respublikamıza çox xeyir verəcək.

Elə həmin an Beriyanın ən yaxın (o qədər yaxın ki, hətta qapını döymədən içəri daxil olmağa icazəsi vardı) dostu Serqo Qoqoladze Beriyanın kabinetinə daxil olur. O, gördüklərini sonralar "Beriyanın işi" adlandırılan məhkəmə işində bunları yazmışdı: "Lavrenti Pavloviç hirsindən pörtmüşdü və əsirdi. O, erməni dilində yaxşı bilirdi və Xancyanın üstünə ermənicə bağırdı:

- Alçaq! Gürcü torpaqlarını istəyirsən?! Onu mənim əllərimlə Stalindən almaq istəyirsən?!

Bu sözlərdən Xancyanın rəngi ağardı və utandı. Elə utandı ki, tər onu basdı, tər damcıları hətta döşəməyə damcıladı.

Lavrenti Pavloviç elə hirslənmişdi ki, əsəbindən yerə-göyə sığmırdı. O, qəzəbli və nifrət dolu baxışlarla Xancyana baxdı və yazı stolunun siyirməsindəki "Naqan" tipli tapançasını çıxararaq Xancyana tuşladı, başına iki dəfə atəş açdı və bağıraraq dedi: "İt kimi gəbər!"

Sonra isə təmkinli bir şəkildə mənə dedi:

- Serqo, meyiti bu xalçaya bük və hava qaralanda şəhər kənarında bir çuxura atarsız...

Mən və mənə tabe olan bir neçə nəfərlə birlikdə verilən tapşırığı yerinə yetirdik . Aqasi Xancyanın meyitini xalçaya bükərək Soqanluqi ərazisində dərin bir çuxura atdıq..."

Qoqoladzenin sözlərinə görə, Xancyanı müşayiət edən və onu mehmanxanada gözləyən üç nəfər də izsiz, səssiz-soraqsız gürcü casusları tərəfindən aradan götürüldülər.

Tarixi arxivlərdə təsdiq olunur ki, "Xancyanın işi" Kremldə Stalinlə razılaşdırılıb və bir neçə gündən sonra Ermənistana bu dəfə Beriya tərəfindən yeni rəhbər təyin olunub. Xancyan isə "Xalq düşməni" elan edilib.

Aydın məsələdir ki, Beriyanın Xancyanın işini qətl törətmədən də həll etməyə qüdrəti çatardı, lakin emosiyalarına tabe ola bilməyən Beriya gürcü torpaqlarına susayan alçaq ermənini öz əlləri ilə öldürdü.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR