Gerçək həyat mənbəyi: Stresi aradan qaldırır, beyinin fəaliyyətini yaxşılaşdırır...

27-08-2018, 13:28 429 dəfə baxılıb

Gerçək həyat mənbəyi: Stresi aradan qaldırır, beyinin fəaliyyətini yaxşılaşdırır...


Hər gün kifayət dərəcədə su qəbul etmək xroniki yorğunluğu, stresi qaldırır, beyinin və bütün orqanizmin fəaliyyətini yaxşılaşdırır.

Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirini vəzifəsinin icraçısı Ulyana Suprun deyib.

“Su həyat üçün zəruridir. O qida maddələrinin həzmini və maddələr mübadiləsini asanlaşdırır, oynaqları yumşaldır. Bədəndə suyun azalması ağız quruluğunda, eyni zamanda yorğunluqda, yaddaş və diqqətin azalmasında, hətta baş gicəllənməsində və zəif baş ağrısında özünü göstərir” - o qeyd edib.

Suprun xatırladıb ki, su əvəzsiz ehtiyatdır və indiki zamanda 2 milyard əhali təmiz suya möhtacdır.

”Məsələn, təmiz su ardınca bəzən on kilometrlərlə yol qət edilir, adamlar qrunt sularından və çirklənmiş su mənbələrindən asılıdırlar” - nazir əvəzi deyib.

O məsləhət görüb ki, suya qənaət edin, amma içməyi yaddan çıxarmayın, axı insanın suya tələbatı temperaturdan və ətrafdakı nəmişlikdən, fəaliyyətdən, fiziki durumdan və tələb olunan yeməkdən asılıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR