Bütün xəstəliklər diksinmədən yaranır, bəs diksinmə nədən yaranır? - Psixoloq məsləhəti

31-08-2018, 10:50 2126 dəfə baxılıb

Bütün xəstəliklər diksinmədən yaranır, bəs diksinmə nədən yaranır? - Psixoloq məsləhəti



Gündəlik təcrübəmizdə özümüzün, yaxud, yaxınlarımızın diksinməsinə çox rast gəlirik. Sual yaranır: insan yuxuda, yaxud oyaq halda olanda niyə diksinir?

Psixoloji araşdırmalarımız göstərir ki, diksinmə ruhda baş verən neqativ prosesin nəticəsidir. Bildiyimiz kimi, ruh insana qoyulmuş, batareya (akkamulyator) funksiyasını yerinə yetirən bir enerji mənbəyidir. Bu nerji nə qədər ki, sabitdir, insanda heç bir diksinmə, qorxu və xəstəlik baş vermir.

Bütün xəstəliklər diksinmədən başlayır

Elə ki, ruhda sabitlik pozuldu, həmin andan etibarən insanda ilk öncə diksinmələr, sonra qaranlıqdan qorxmalar, daha sonra isə, baş, çiyin, onurğa, diz ağrıları, ürək döyüntüsü və əsəb pozğunluqları görünməyə başlayır. Əgər bu kimi hallar aradan qaldırılmazsa (ruhun sabitliyi bərpa edilməzsə), bir neçə ildən sonra daha ağır daxili xəstəliklər meydana çıxır...
Ən pisi də odur ki, bu cür xəstəliklərə qarşı aparılan tibbi müaicələr effektsiz olur (müalicə vaxtı xəstəlik nisbətən sağalsa da, müalicə dayananda yenə də ağrılar baş qaldırır).

Diksinmə (qorxu) halları müşahidə edilən qızlar adətən ailə qurmağa meyilli olmurlar. Onlarda əks cinsə maraq, inam və sevgi hissi demək olar ki, yox dərəcəsində olur. Çünki, ruhda olan qorxu hissi sevgi və inam hissini üstələdiyindən, qız elə bilir ki, ona yaxınlaşan oğlan ancaq pis məqsədlə yaxınlaşıb və evlilik təklifini qəbul edərsə bu ona bədbəxtlik gətirəcək. Bu səbəbdən diksinməsi olan qızlar adətən evlilik təkliflərini rədd edirlər. Onlar yaşları ötdükdən sonra, ailə qursalar da, bu vaxt sevgi, məhəbbət hissi ilə deyil, humanizm prinsiplərini əsas tutaraq evlənirlər. Yəni, oğlanın, yaxud, onun vaalideynlərinin köməyə ehtiyacı olduğunu (yaxud, valideynlərinin xahişini) nəzərə alıb ərə gedirlər. Maraqlıdır ki, ailə qurduqdan sonra onlarda diksinmə, qorxu və həyəcan daha da artır... Nəhayət, bu vəziyyətdə hamiləlik dövrünü yaşayan gənc ana, bir çox hallarda dünyaya əqli qüsurlu (autizm sindromlu, yaxud, əsəbi) uşaq gətirir.

Təcrübəmiz göstərir ki, bu hallar tək qızlarda baş vermir; eyni zamanda kişilərdə də baş verir və sonda sağalmaz (parkinson, nevrozlar, şizoferniya, sinir xəstəlikləri, sonsuzluq və s.) xəstəliklərə gətirib çıxarır.

Oxucuda sual yaranacaq ki, diksinmə sonda bu qədər ağır xəstəliklərə gətirib çıxarırsa, bəs diksinmənin özünü yaradan nədir?

Təcrübəmiz göstərir ki, diksinməni yaradan ruha düşən neqativ enerjidir. Bu enerji isə, aşağıdakı hallarda ruha daxil olur, daha doğrusu ötürülür:

1) qorxu;
2) stress;
3) bəd nəzərlər;
4) magiya.

Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri kompyuterimizdə olan fayl və proqramlar kimidir.
Neqativ enerji isə, kopyuterimizə düşən virusa bənzəyir: ruhdakı sevgi, məhəbbət “fayl”ını, həyat eşqini silir. Əvəzində qlbə qorxu, nifrət “fayl”ı yazılır. Nəticədə insanda depressiv vəziyyət yaranır və bir çox ağır hallarda intihara meyilli də ola bilir.

Diksinməsi olan insanlarda tez-tez hal dəyişmələri də baş verir. Yəni, əhvalları gah yaxşı, gah da pis olur. Bunun səbəbini izah etmək üçün təkrar fizikanın qanunlarına nəzər salaq (Kainat fizikanın qanunları ilə idarə olunur).

Bildiyimiz kimi, fizikada iki cür - dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur.
Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir diksinmə və xəstəlik baş vermir. Elə ki, neqativ enerji bədənə daxil oldu, həmin andan insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Nəticədə sabitlik pozulur; tez-tez hal dəyişiklikləri baş verir. Bundan sonra insanda diksinmə və ardıyca da yuxarıda sadaladığım ağrılar və xəstəliklər yaranır.

Diksinmələr iki formada olur

Diksinmənin hansı səbəbdən yaranmasını dəqiq bilmək üçün, onun baş vermə formasına diqqət etmək lazımdır. Adətən diksinmələr iki cür olur:

1) Yuxuda haradansa yıxıldığını, yaxud ayağının boşluğa düşdüyünü hiss edərək, diksinmə;

2) Yuxuda üstünə ilan, yaxud eybəcər varlıqlar gəldiyini görərək diksinmə.

Birinci diksinmə bədnəzərdən, yaxud nəfisdən (onların neqativ enerjisinin bədənə daxil olmasından) törəyən diksinmədir ki, bir neçə ildən sonra sağalmaz xəstəliklərə səbəb olur. Təcrübəmiz göstərir ki, bu enerji insandan xaric edilməzsə, hətta, ölümə də səbəb olur (bu səbəbdən dünyasını dəyişən çox qohumlarım olub; onda mən tələbəydim).
Bu cür insanlar yuxularında çox vaxt üstlərinə it hürdüyünü görürlər. Həmçinin, daima keçmiş illərinə (keçmişdə yaşadıqları yerlər, orta məktəb illəri, rəhmətə getmiş insanlar...) aid yuxular görürlər.

İkinci diksinmə forması isə, magiyanın ötürdüyü neqativ enerjinin təsirindən yaranır. Bu halda insan yuxularında çox vaxt ilanlar görür. Əgər ilan yuxuda onu sancırsa, həmin insanın ailəsi dağılır, sağlamlığını və gəlirini tamamilə itirir. Yuxuda ilanın sancmadığı, sadəcə, təqib etdiyi görülərsə, bu halda insanın işləri tərsə düşər, ailəsində daim söz-söhbət olar, tez-tez xəstələnər...

Bu cür insanlar həmçinin, yuxuda boğulduqlarını hiss edirlər. Qaranlıq vaxtı onlara elə gəlir ki, kimsə arxadan daim onu izləyir. Axşam otaqda tək oturarkən, hamamda olarkən yanlarından kölgə keçdiyini hiss edirlər. Qəlblərində çox vaxt qorxu, vəsvəsə olur. Ətrafındakılara qarşı inam hissini itirirlər; qəlblərində sevgisizlik, əks cinsə qarşı istəksizlik olur, boşanmaya, intihara meyilli olurlar. . Belə şəxslər daim tibbi müalicələr alsalar da effekt vermir...

Diksinmədən və onun yaratdığı fəsadlardan necə qurtulaq?

Qeyd edim ki, hər iki diksinmə formasında orqanizmdə yaranmış xəstəliklərə qarşı aparılan tibbi müalicələr effektsiz olur (yaxud bir orqan sağalanda başqa orqan xəstələnir). Bunun səbəbi odur ki, ruha daxil olmuş neqativ enerji, bədənə girmiş yad cisimə bənzəyir. Yad cisim bədəndən çıxarılmadan aparılan müalicələr effekt vermədiyi kimi, neqativ enerji də ruhdan çıxarılmadan müalicələr effektsiz olur.

Psixoloq və elmi-lədun bilicisi olaraq təcrübəmiz göstərir ki, bu cür hallarda cəmi üç seans etməklə ruhdakı neqativ enerjini (magiyanı, bədnəzəri) xaric edib, sabitliyi bərpa etmək mümkündür.
Elmi-lədun metodu ilə aparılan bu üç seansın nəticəsi olaraq, ruhda pozulmuş inam, sevgi, məhəbbət... faylları yenidən bərpa (vostonavit) olur və insan normal həyatına davam edir.
Müalicə seansları həftədə bir dəfə olmaqla, 21 günə başa çatır.

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR