Məşhur “vor-zakon” bir neçə günə azadlığa çıxır - Kriminal savaş alovlanır...

4-04-2019, 12:12 551 dəfə baxılıb

Məşhur “vor-zakon” bir neçə günə azadlığa çıxır - Kriminal savaş alovlanır...


Bir neçə gün sonra Tariel Oniani həbs cəzasını başa vuraraq azadlığa çıxır.
Taro ləqəbli “qanuni oğru” azadlığa çıxdıqdan sonra Rusiyadan deportasiya ediləcək. Bununla da “qanuni oğru” taxtı uğrunda mübarizə daha da alovlanacaq.

2010-cu ilin iyul ayında Moskvanın Xamovnik məhkəməsi Tarieli insan oğurluğunda ittiham edərək 10 il müddətinə azadlıqdan məhrume dib. Taro 2019-cu ilin 11 iyun tarixində (istintaq prosesini də nəzərə alaraq) azadlığa çıxmalı idi. Amma 2017-ci ildə “qanuni oğru”nun cəzası 9 il 10 ay müddətinə azaldıldı. Beləliklə Taro bu ilin 9 aprel tarixində azadlığa çıxacaq.

Tariel barədə İspaniyada çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlığa görə axtarış elan edilib. Ehtimal edilir ki, Taro Gürcüstana deportasiya ediləcək. Taronun azadlıqda sakit dayanacağı düşünülmür. Artıq məlumdur ki, kriminal generallar arasında genişmiqyaslı “sxodka” planlaşdırılır və oğru dünyasında bir çox məsələ həll olunmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR