Müharibə şəraitində yaşayan xalqlar niyə daha çox uşaq dünyaya gətirir?- SƏBƏB...

5-04-2019, 11:33 533 dəfə baxılıb

Müharibə şəraitində yaşayan xalqlar niyə daha çox uşaq dünyaya gətirir?- SƏBƏB...


Müharibə şəraitində yaşayan xalqlar niyə daha çox uşaq dünyaya gətirir.

Moderator.az xəbər verir ki, bu məsələ Suriyadan qaçqın düşən insanlarda və Afrikada aclıqdan səfalət çəkən millətlərdə daha çox diqqəti cəlb edir. Xüsusilə mühariblərdə və böyük böhranlarda uşaq sayının doğulmasında artım olur. Vətənindəki müharibələrdən qaçan və başqa ölkələrdə sığınan ailələrə diqqət edin. Çoxunun uşaqları müharibə ərəfəsində doğulub.

Dünyanın ədalətsiz şərtləri daxilində qida, su, dərman, sığınacaq, paltar tapa bilmədiyi durumda ailələrin uşaq sahibi olmasının şahidiyik. Onlara həmişə bu sualı veririk: “Bu durumda uşaq niyə doğursan, ona necə baxacaqsan?” Bizim şüurumuz insana “Həyatda qal və sonrakı nəsli dünyaya gətirib, artır” təlimatını verər. İnsan xüsusilə çətin şərtlər altında bunu könüllü olaraq edər. İnsanın həyatda qalmasına səbəb olan qorxu duyğusu vacib bir əməldir. Xüsusilə ölümə yaxın insanlar isə nə qədər çox nəsil artırarlarsa, bir o qədər uzunömürlü olacaqlarını düşünərlər. Bu şərtlər altında insanın instinkləri aktivləşir və insanı cinsi əlaqədə olmağa sövq edir.

Dünyaya uşaq gətirmək müharibəyə aid məsələ deyil. Çətin durumda yaşayan insanlar, normal şəraitdə yaşayan insanlara nisbətən uşaq dünyaya gətirməyə daha çox meyillidirlər.

Vasif Əlihüseyn


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR