Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

18-04-2019, 16:49 525 dəfə baxılıb

Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu və panikatakla yanaşı olur. Tibdə bu problemin adı insomnia (yuxusuzluq) adlandırılır və ondan insanların təxminən 25 faizi əziyyət çəkir. Alimlər yuxudan doymayan adamların bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejminin pozulmasında yaranan yorğunluq isə çox vaxt daimi hal alır.

Yuxusuzluğun diqqqətsizlik, əsəb və stress hallarından başqa daha ciddi fəsadlara səbəb olunduğu aşkar olunub. Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. ABŞ-da aparılan tədqiqatlara əsasən müəyyən olub ki, yuxunun pozulması piylənməyə və arterial təyziqin yüksəlməsinə səbəb ola bilər.

Mütəxəssislər yuxunun pozulması ilə bağlı bir neçə amil göstərirlər. Məsələn, günorta yuxusu, hava qaralmadan yatağa girmək, ağır şam yeməyi, yataq otagına gələn səs, işıq, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli da gəlir, ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilir.

Yuxusuzluqla üzləşməmək üçün əsas amillərdən biri sinir sisteminin normal fəaliyyət göstərməsidir. Alimlər qeyd ediblər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar əvvəlki kimi fəliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaq.

Bu problemlə bağlı psixoloq Enur Rüstəmov Modern.az-adanışıb: "Ümumiyyətlə həm fiziki, həm də psixoloji sağlamlığın mühim məqamlarından biri normal yuxu zamanının olmasıdır. Normal yuxu vaxtı norması insanda birbaşa həm fiziki, həm də psixoloji sağlamlığa mühim təsir göstərən faktordur. Bu gün bir çox narahatlıqların - söhbət psixoloji narahatlıqdan gedir- istər aqresiya, istərsə də əxlaq pozuntusu olsun, bir səbəbi də insanların yuxu vaxtının pozulması ilə bağlıdır. Buna təsir göstərən məqamlar içərisində ən mühümləri stress faktoru göstərilir. Əlavə olaraq insanların ifrat informasiya ilə yüklənməsi, xüsusən də internet resursları onların yuxu vaxtına təsir göstərir və bu da gərginliyə gətirib çıxarır”.

Psixoloq sonda bildirib ki, çox yatmaq da bir narahatlıqdır. "İnsan 7-8 saat yatmalıdır ki, orqanizm özünü həm fiziki, həm də psixoloji cəhətdən bərpa etsin”./


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR