"Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, "Arsenal"ın 3 oyunçusu gələndə təhlükəli olur?!"

17-05-2019, 14:00 232 dəfə baxılıb

"Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, "Arsenal"ın 3 oyunçusu gələndə təhlükəli olur?!"


“İdman oyununu siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkətləri on illərdir, Azərbaycanda işləyirlər. Nədənsə, o vaxt yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir. Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, "Arsenal"ın 3 oyunçusu gələndə, ölkəmiz təhlükəli zona olur və turistlərin gəlməsi ilə bağlı fikirlər söylənilir. Biz bu məsələlərə münasibətimizi bildirməliyik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir: “Belə olan halda, Azərbaycan haqqında ədalətsiz fikirlər səsləndirilir. Deyirlər ki, Azərbaycanın hava uçuş məkanında problemlər var. Əfqanıstana yük daşıyanda problemlər yox idi. İndi iki futbol klubu ölkəmizə gələndə təhlükəli olur? Belə olanda, nə olur, hava tutulur, yoxsa açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən 5 manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR