“Deputatların Prezidentin islahatlarına dəstək vermək təmayülü hiss olunmur“

31-05-2019, 09:41 376 dəfə baxılıb

“Deputatların Prezidentin islahatlarına dəstək vermək təmayülü hiss olunmur“

“Deputatların qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatları məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.

Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

O vurğulayıb ki, bu proses qaneedici deyil: “Prezident İlham Əliyevin iqtisadi sahədə islahatlar həyata keçirir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etmək lazımdır. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR