“Allah mənim vəziyyətimə heç kəsi salmasın”

8-10-2019, 21:55 254 dəfə baxılıb

“Allah mənim vəziyyətimə heç kəsi salmasın”


Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.

O, 10 min manat təqaüd aldığını bildirib:

“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, Ayaz müəllim bu sizsiniz?- deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb –razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR