Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevrilib - İsrailli politoloq

12-10-2019, 11:18 328 dəfə baxılıb

Faşist əlaltıları bugünkü Ermənistanın qəhrəmanına çevrilib - İsrailli politoloq


Faşist əlaltıları bu günkü Ermənistanın qəhrəmanına çevriliblər.

Bunu Trend-ə israilli ekspert Yuri Boçarov Ermənistanın baş naziri Nikol Paşinyanın Qaregin Njde haqqında sözlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Ermənistan indi dalana dirənib: “O, Qərbə lazım deyil və Şərqə yol tapa bilmir. Bu cür bəyanatlarla ölkə həm Rusiya, həm Azərbaycan, həm də digər MDB dövlətləri ilə bütün əlaqələri kəsir. Digər tərəfdən də biz başa düşürük ki, Paşinyan müvəqqəti fiqurdur. O, daxili inqilablar fonunda təsadüfən peyda olub. Onun sabahı yoxdur. Paşinyan öz sözlərinə, hərəkətlərinə, Ermənistana cavab vermir. O, Ermənistanın rəhbəri deyil".

Y.Boçarov qeyd edib ki, guya Ermənistanın azadlığı üçün mübarizə aparmış faşist əlaltıları bu gün bu ölkənin qəhrəmanına çevriliblər. Bu, digər məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə də aiddir:

“Nikol Paşinyan ölkənin rəhbəri olmayan müvəqqəti fiqurdur və ilk növbədə, prinsip etibarilə onu, bu kursu dəstəkləyən millətçilərə yarınmaq üçün dəridən-qabıqdan çıxmalıdır. Ermənistanın bütün problemi ondadır ki, o, hara, kiminlə getdiyini və necə edəcəyini bilmir. Paşinyan “bütün toylarda oynamağa” çalışır, hara çağırsalar, ora da gedir”.

Y.Boçarov əlavə edib ki, Böyük Vətən Müharibəsinin yekunlarını təkrar nəzərdən keçirmək son dövrlərdə dünyada problemə çevrilib:

“Bir çox ölkələrdə, xüsusilə də Şərqi Avropada, bəzi MDB ölkələrində hakimiyyətdə qərbyünömlü kursun olması Böyük Vətən Müharibəsinin yekunlarına yanaşmanın indikatoruna çevrilib. Burada əsasən Rusiya ilə qarşıdurma nəzərə çarpır. Elə alınır ki, bir çox ölkələrdə dünənki düşmənlər qəhrəmanlara, dünənki qəhrəmanlar isə işğalçılara çevrilir. Fakt odur ki, müharibə, azadlıq müharibəsi baş verib, milyonlarla insan həlak olub ki, bu gün faşizmi qəhrəmanlaşdıran ölkələr azad olsun. Amma bu gün qərbyönümlü ideologiya naminə ölkələrin kursları, İkinci Dünya Müharibəsinə yanaşma dəyişir”.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR