“Mehriban Əliyevanın Moskva səfəri ikitərəfli münasibətlərdə yeni bir eranın başlanğıcıdır”

30-11-2019, 12:03 314 dəfə baxılıb

“Mehriban Əliyevanın Moskva səfəri ikitərəfli münasibətlərdə yeni bir eranın başlanğıcıdır”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskva səfərindən bir neçə gün keçməsinə baxmayaraq hələ də bir sıra ölkələrdə, xüsusən də Rusiya mediasında bu səfərin yekunları geniş müzakirə predmeti olmaqda qalır. Rusiyalı ekspertlər, politoloqlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskva səfərini iki ölkə arasındakı münasibətlərdə yeni bir eranın başlanğıcındakı “yaşıl işıq” kimi dəyərləndirirlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskva səfərinin yekunlarının Azərbaycan-Rusiya arasındakə gələcək münasibətlərindəki tarixini əhəmiyyəti ilə bağlı millət vəkili Mirkazım Kazımovun mövqeyini öyrəndik.

“Ölkə.Az”a açıqlama verən millət vəkili Mirkazım Kazımov deyib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfəri ölkələrimiz arasında gələcək əlaqələr baxımından çox böyük tarixi əhəmiyyətə malikdir. “Azərbaycna Respublikasının Birinci vitse-prezidentinin Moskvada ən ali səviyyədə qarşılanması, Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedyev, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən qəbul edilməsi və bu görüşlərin uğurlu keçməsi bütün deyilənləri təsdiqləyir. Birinci vitse-prezident özünün əsl Şərq qadınına layiq ədəb-ərkanı ilə hər bir görüşdə hörmət və rəğbət qazandı. Həmsöhbətləri onunla söhbət zamanı Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bildirirdilər. Bu, həm də Mehriban xanımın Azərbaycana qarşı böyük hörmət və ehtiram qazandırdığının bariz ifadəsi idi. Məhz bu hörmət və ehtiramın nəticəsi idi ki, Rusiya Prezidenti onu “Dostluq” ordeni ilə təltif etdi”- millət vəkili deyib.
Deputatın fikrincə, səfərin yekunlarına nəzər saldıqda bird aha o qənaətə gəlirsən ki, bu səfər doğrudan da tamamilə misli görünməmiş səfər idi: “Çünki son dönəmlərdə hər hansı bir ölkədən dövlət adamının bu qədər dolğun gündəmlə Moskvaya rəsmi səfərini xatırlamaq mümkün deyil. Bunu rusiyalı siyasi-ictimai xadimlər, poltoloqlar, ekspertlər də açıqca dilə gətirirlər. Bu bird aha iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən yuxarı olduğunu göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvada “Azərbaycan” pavilyonunun açılışındakı çıxışında dediyi kimi Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır. Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, birgə səyləri sayəsində bu gün iki ölkə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir. Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir”- deputat bildirib.

M.Kazımov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevdən sonra ¬Birinci vitse-prezident Mehriban Əliyevanın da Rusiya rəhbərliyi ilə dostluq münasibətlərinin olması Azərbaycana yalnız siyasi və iqtisadi dividentlər gətirəcək: “Bu səfər iki ölkə arssınakı əalqələrin daha yüksək səviyyəə çıxmasına, dostluq, mehriban qonşuluq münasibətlərinin bərabərhüquqlu səviyyədə daha sıx formada inkişafına öz töhfəsini verəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR