Zərdabda inanılmaz kitabxana korrupsiyası

19-11-2015, 11:54 764 dəfə baxılıb

Zərdabda inanılmaz kitabxana korrupsiyası












Mədəniyyət və Turizm İdarəsinin müdiri Eldəniz Abdullayev yaxın qohumu vasitəsi ilə işdən çıxarılmış adamlara əmək haqqı yazdırıb

Azərbaycanda bütün sahələrdə korrupsiyanın olduğu inkar edilmir. Bəziləri külli miqdarda dövlət əmlakını talayır, bəziləri dövlət büdcəsinin vəsaitlərini mənimsəyir, bəziləri də elə bir vasitəyə əl atır ki, adamın yetişmişi qalıb, kalı tökülür.

Redaksiyamıza xəbər verir ki, Zərdab rayon Mədəniyyət və Turizm İdarəsində də məhz kal məsələsi üzə çıxıb. Məlumata görə, rəsmi qurumlar bu yaxınlarda sözügedən dövlət idarəsində yoxlama apararkən ciddi qanun pozuntuları aşkarlayıblar.

Vurğulanır ki, hazırda Zərdab Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Eldəniz Abdullayevin 65 yaşı var və o, yanvar əvvəlindən etbarən yaş senzi ilə əlaqədar vəzifəsindən gedəcək.

Dövlət qurumlarının apardığı araşdırma zamanı bəlli olub ki, Eldəniz Abdullayev elə ciddi qanun pozuntularına yol verib ki, yoxlama aparanlar belə ona ad tapıb qoya bilməyiblər. Məsələn, Zərdab Mədəniyyət və Turizm İdarəsindən xeyli sayda şəxs işdən çıxarılsa da, müdirin tapşırığı ilə onlara əmək haqqı yazılıb.

Redaksiyamıza verilən məlumatda iddia olunur ki, E.Abdullayev bu işlərin böyük əksəriyyətini qardaşının həyat yoldaşının əliylə edib. Məlumata görə, idarə müdirinin qardaşının həyat yoldaşı rayon Mərkəzi Kitabxanasının müdirəsidir.

Ən dəhşətli fakt isə ondan ibarətdir ki, Zərdab Mərkəzi Kitabxanasının müdir müavini düz 20 il əvəzedici kimi fəaliyyət göstərib. Belə ki, o, bu illər ərzində müavin kimi qəbul edilsə də, sənədlərdə adı keçməyib. Daha doğrusu, rəsmi olaraq müavin kimi deiyl, səlahiyyətlərin icrası kimi sənədlərə imza atmaq hüququna sahib olub.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR