Arif Babayev qalmaqallı videodan danışdı - Video

7-07-2015, 14:47 987 dəfə baxılıb

Arif Babayev qalmaqallı videodan danışdı - Video

















Xalq artistləri Arif Babayev və Qəndab Quliyeva ilə bağlı video sosial şəbəklərdə böyük marağa səbəb oldu

Ölkə.az saytının yaydığı məlumat görə, sözügedən görüntülər təxminən 1996-97-ci illərdə, Maştağada Atabala adlı şəxsin mağar toyunda lentə alınıb. Kadrlarda məclisin tamadası şair Yavər Şüvəlanlı çıxış edərkən Qəndab Quliyeva ətrafdakılara "həmişə toylarda" deyir. Arif Babayev isə fasilədən istifadə edib qəlyanını yandırır və bu an "partlayış" baş verir. Şahidlərin dediyinə görə, bu “partlayış” əslində motosikletin səhvən mağara daxil olmasıdır.

Hər kəsin marağına səbəb olan video ilə bağlı xalq artisti Arif Babayevlə əlaqə saxladıq. Muğam ustası həmin hadisədən danışıb:

“Artıq bu barədə xeyli adam mənə zəng edib soruşub. Lakin sizə də deyirəm, vallah, yadıma gəlmir. Deyilənə görə, məclisdə əyləşdiyimiz zaman mağara motosiklet daxil olub... Mən çoxlu sayda mağar toyunda iştirak etmişəm. Lakin bu cür hadisəni xatırlamıram. Əgər “möcüzəli” bir hadisə baş versəydi mütləq yaddaşımda qalardı.
Çalışaq ki, belə kiçik hadisələri çox da şişirdib “fil” etməyək. Mən sənət adamıyam...”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR