Azərbaycanlı milyarderin qalmaqalı böyüyür

15-07-2015, 10:52 856 dəfə baxılıb

Azərbaycanlı milyarderin qalmaqalı böyüyür














Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoil” apellyasiyaya müraciət edib

Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoil” Rumıniya məhkəməsinə şirkətin bu ölkədəki aktivlərinə qoyulan həbslə əlaqədar apellyasiyaya müraciət edib.
Ötən həftə Rumıniya mətbuatı xəbər yaydı ki, Rusiya şirkətinin 2 milyard avro (2,21 milyard dollar) aktivinə həbs qoyulub və Ploeşti şəhərində fəaliyyət göstərən Petrotel Neft Emalı Zavodunun işi bir neçə günlük dayandırılıb.
Rumıniya hüquq-mühafizə orqanları hesab edir ki, qanun pozuntusu nəticəsində dövlətə 230 milyon avrodan çox ziyan dəyib.
“Lukoil” şirkətinin nümayəndəsi isə açıqlama verib ki, şirkət Rumıniya dövlət büdcəsinə vergiləri vicdanlı şəkildə ödəyir.
Bu gün “Lukoil” şirkəti Rumıniyadakı neft emalı zavodunun satılması barədə təklif alsa da şirkət rəsmiləri bundan imtina edib. Neft nəhəngi zavodu bağlamağı da planlaşdırmır.
Avropa Birliyinin bəzi ölkələrində də “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun barəsində təhqiqat gedir.
“The Moskow Post” qəzeti yazırki, tezliklə azərbaycanlı neft maqnatına qarşı bəzi ölkələr tərəfindən rəsmi ittihamlar irəli sürülə bilər. Bu, “Lukoil”un mərhum vitse-prezidenti Vitali Şmidtin aktivlərinin “ələ keçirilməsinə” dair onun qohumları tərəfindən irəli sürülən iddialarla əlaqəlidir.
Qəzet yazır ki, tezliklə Almaniya polisi də Ələkbərovun “qaranlıq işləri” haqda araşdırma başlada bilər. Çünki “Lukoil”un 1997-ci ildə qəfil ürək tutmasından ölən, vəsiyyət yazmağa imkan tapmayan vitse-prezidenti Vitali Şmidt Almaniya vətəndaşı olub, onun aktivlərinin “reyder üsulu” ilə ələ keçirildiyinə dair ciddi şübhələr var.
V.Şmidtin qohumları 15 ilə yaxındır ki, onun aktivlərini geri qaytara bilmək üçün məhkəmə çəkişmələrindədir.
“Mümkündür ki, əgər Almaniyanın və digər Avropa ölkələrinin hüquq-mühafizə orqanları “lukoilçular” tərəfindən Avropa ədalətinin mərhum Şmidtin aktivlərinin ələ keçirilməsi üçün istifadə edildiyini öyrənsələr, şəxsən cənab Ələkbərovla Avropa İttifaqı ölkələrinin polisi maraqlanacaq”- deyə qəzet yazır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR