Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR

9-01-2016, 14:07 609 dəfə baxılıb

Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR












Səbəb isə məmur oğlunun parkın qapısının ağzında özünə obyekt tikdirməsidir

Zərdab rayonunda inşa edilən Heydər Əliyev Parkında tamamlanma işləri başa çatıb. Lakin parka giriş üçün nəzərdə tutulmuş qapılardan biri bağlanıb. Bunu redaksiyamıza rayon sakini Şahin Osmanov bildirib.

O qeyd edib ki, parkın bir neçə qapısı ötən ilin may ayından etibarən sakinlərin üzünə qapadılıb. Səbəb isə həmin qapıların önündə məmur övladlarının özlərinə obyekt tikidirmələridir.

Şahin Osmanov redaksiyamıza bildirib ki, həmin obyektlərdən birini Zərdab rayon «Meroservis» İdarəsinin müdiri Sahib Eyvazovun oğlu Oqtay Eyvazovdur. Onun sözlərinə görə, Oqtay Eyvazov həmçinin Zərdab Şəhər İcra Nümayəndəsi Hafiz Kərimovun kürəkənidir.

Rayon sakini vurğulayır ki, tikinti işləri ilə əlaqədar olaraq dəfələrlə məmur oğluna iradlarını bildirsələr də, heç bir faydası olmayıb. Əksinə, Oqtay Eyvazov onlara bildirib ki, «Pulum var tikdirirəm, əccəb də edirəm».

Şahin Osmanov sonda dövlət başçısı və ölkənin Birinici Xanımına müraciət edərək, onlardan yardım istəyib. «Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu özbaşınalığı dayandırıb, zərdablıların parka girişinin təmin olunmasına yardımçı olasınız».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR
Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR
Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR
Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR
Zərdabda məmur oğlu Heydər Əliyev Parkına girişi bağlayıb-FOTOLAR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR