Bakıda atışma

27-04-2016, 11:43 524 dəfə baxılıb

Bakıda atışma















Hadisə Pirallahı rayonunda baş verib

Bakıda silahlı insident baş verib.

Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun S.Bağırov küçəsində qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.

Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z.Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR