Şahin Məmmədovun Ağcabədi rejimi: məhkəmə icra başçısının diqtəsi ilə işləyir

24-08-2015, 13:25 1054 dəfə baxılıb

Şahin Məmmədovun Ağcabədi rejimi: məhkəmə icra başçısının diqtəsi ilə işləyir















Ağcabədi rayonunda dözülməz şəraitin olduğu ilə bağlı hələ ötən saylarımızda silsilə yazılar təqdim etmişdik. Burada məmur özbaşnalığının xeyli sayda qurbanları var. Ağcabədidə bütün özbaşnalıq və qanunsuzluqların başında birbaşa icra başçısı Şahin Məmmədovun durduğunu sübüt edəcək kifayət qədər faktlar dəfələrlə dövri mətbuatda çap edilsə də ancaq hələlik bu kiçik padşaha gözün üstə qaşın var deyən yoxdur. Redaksiyamızın elektron poçtuna Ağcabədi rayonundan növbəti şikayət dolu məktub daxil olub

Ağcabədi rayonu aşağı Afşar kənd sakini Nizami Nərimanovun yazdıqları. Mən 2008 ci-ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Özümün fermer təsərrüfatım var. Mən mal-qoyun saxlayır, əkin-biçinlə məşğul oluram. Mən istehsal etdiyim məhsulları satmaq üçün rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdan və aşağı Afşar kənd bələdiyyəsindən mağaza tikmək üçün torpaq sahəsi istəmişəm. Mən torpağa görə icra başçısı Şahin Məmmədovun istədiyi məbləği verə bilmədiyimə görə 7 ildir ki, get-gələ salınmışam. Ancaq kənddə qeydiyyatda olmayan ayrı-ayrı şəxslərə icra başçısı torpaq verib. Bu ərazidə şor kanalı yerləşir. İcra başçısının qanunsuz göstərişinə əsasən kanalın 200 metr ərazisi doldurularaq ticarət məqsədi ilə ayrı-ayrı adamlara satılıb. Ərazidəki ağaclar doğranılıb məhv edilib. Mən bu məsələni aidiyyatı qurumlara çatdırdığım üçün icra başçısı Ağcabədi melorasiya idarəsinin vasitəsi ilə mənim islahatdan qabaq 1996 cı-ildə tikdiyim tövləni sökdürmək eşqinə düşüb. Mən 1996 cı-ildə 60 hektar ərazidə fermer təssərrüfatı yaratmaq üçün icra başçısının sərəncamı ilə həm torpağı almışam, həm tövlə tikmişəm, həm də 100 baş qoyun almışam. Mən hüquqi şəxsəm. Ancaq hüquqi idarə olmayan rayon melorasiya və su təssərrüfatı idarəsi başçı Şahin Məmmədovun təhriki ilə məni məhkəməyə verir. Ağcabədi məhkəməsində ekspertiza müəyyən etdi ki, sözü gedən tövlə mühafizə zolağından 5-6-7 metr aralıda yerləşir. Əgər həmin şor kanalında saniyədə 3 kub su keçirsə deməli qanunla tövlə 5 metr aralıda yerləşməlidir. Burada isə heç saniyədə 1 kub su keçmir. Ağcabədi melorasiya idarəsi başçının təzyiqi ilə rayon məhkəməsinə saxta arayış təqdim edib ki, güya bu kanaldan saniyədə 3-10 kub su keçir. Bu saxta arayışı məhkəmənin hakimi Xanlar Fərəcov əsas tutaraq sifarişli qərar çıxarıb. Qərarda göstərilir ki, mən tövləni sökməliyəm. Mənim torpaq ərazimdə qonşu kəndlərə su verilməsi üçün şor kanalında bənd qurulub. Buradan 3 kəndə şor kanalından su verilir. Həmin kanalın adı Ka-3 dür. Yəni 3 kəndin tras kanalıdır. Buradan Afşar kəndinə su verilir. Ancaq mənim torpaqlarım qəsdən şorlaşdırılır. Mən bu işlərlə bağlı Şirvan inzibati iqtisad məhkəməsinə şikayət etmişəm. Mən məhkəmə iddiamda göstərmişəm ki, torpaqlarım qəsdən şorlaşdırlır. Məhkəmə melorasiya idarəsinə həmin su bəndini məcburi sökmə qərarı ilə sökdürüb. Mən məhkəmə dövründə torpaqlarımın şorlaşdırılması ilə bağlı təzminat tələbi ilə iddia qaldıranda mənə Şirvan inzibati iqtisad məhkəməsindən rəsmi məktub gəldi. Burada göstərilirdi ki, Ağcabədi melorasiya idarəsi hüquqi idarə olmadığı üçün ona qarşı bu iddianı qaldıra bilməzsən. Məhkəmədən gələn məktubda göstərilirdi ki, mən ancaq bunların cəmiyyətini məhkəməyə verə bilərəm. Mən məhkəmənin buyurduğu qaydada melorasiya və su təssərrüfatı ASC-ni məhkəməyə vermişəm. Məni 1 ildir ki, məhkəməyə veriblər. Mən bütün məhkəmə instansiyalarını keçdikdən sonra Ağcabədi rayon məhkəməsi müvafiq qətnamə çıxarıb. Mənim tələbim budur ki, 1 il ərzində bizim aşağı Afşar kəndində 12 km ərazidə 5 dənə şor kanalı var. Niyə bu kanallara ekskavator düşüb gedib digər qanunsuz fermaları aşkar etmir?Elə qanunpərəstdilərsə niyə bunu etmirlər?Mənim fermam mühafizə zolağından lazım olduğundan da uzaq olduğu halda sökülür, ancaq digərlərinə heç dəyilmir? Deməli burada mənə qarşı açıq qərəz olduğu tam çılpaqlığı ilə üzə çıxır. Mən bu məsələləri də aidiyyatı qurumlara müraciət edərək araşdırılmasını xahiş və tələb etdim. Mənim müraciətimdən sonra melorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyətindən yoxlama gəldi və əraziyə baxış keçirildi. Onlar belə qərara gəldilər ki, ərazidə məndən başqa 9 ferma mühafizə zolağının 1 metrliyindədir. Hansı ki, mənim fermam 5-6-7 metr aralıda yerləşir. Mənim digər tələbim də yerində araşdırıldı. İdarənin 100 metrliyində yerləşən şəhərin girəcəyi tərəfdən idarə ilə üzbəüz olan şor kanalı doldurularaq Samədin Qasımov tərəfindən ticarət obyektləri üçün ərazi kimi satılıb. Cəmiyyətin əməkdaşları bu məsələ ilə də yerindəcə tanış oldular və akt tərtib etdilər. Cəmiyyətin əməkdaşları tərtib etdikləri sənədləri baxılması üçün Ağcabədi rayon məhkəməsinə göndərdilər. Bu olay bu ilin 31 uyulunda olub. Çünki cəmiyyətin əməkdaşları həmin gün İmişli rayonu ilə bağlı bir neçə işi İmişli rayon məhkəməsinə göndəriblər. Bu günlərdə mən melorasiya və su təssərrüfatı cəmiyyətinin şöbə müdiri Maarif Qasımovla əlaqə yaratdım və ona bildirdim ki, Ağcabədi rayon məhkəməsi işə baxmaqdan imtina edir. Şöbə müdiri öz təəssüfünü bildirdi və qeyd etdi ki, həmin işlərlə bağlı eyni gündə biz İmişli məhkəməsinə də müraciət etmişik. İmişli məhkəməsi bizə rəsmi məktub göndərib ki, 21 avqustda göndərdiyiniz şikayətə əsasən məhkəmə baxış iclası olacaq nümayəndənizi göndərin. Şöbə müdiri eyni zamanda mənə qarşı haqsızlığın olduğunu da bildirdi və bu haqda onların mənə göndərdiyi rəsmi məktiblarında da qeyd edilib. Cəmiyyətin Ağcabədi məhkəməsinə göndərdiyi məktubunda həmin mühafizə zolağında yerləşən 9 fermanın sökülməsi və Qasımov Samədinin qeyri-qanuni olaraq kanalın doldurularaq satılması işinə baxılması xahiş olunur. Nəzərinizə çatdıraq ki, Ka 4 kanalının 200 metr ərazisi doldurularaq satılıb. Burada ticarət obyektləri tikilib. Bu haqda heç bir sənəd tərtib olunmayıb. Bu ərazi strateji toxunulmaz ərazi sayılır. Ancaq icra başçısı Şahin Məmmədov hər vəchlə çalışır ki, işi ört-basdır eləsin. Bu məsələdə Şahin Məmmədov məhkəməyə təzyiq edir, ona görə də hakim işi icraata götürmür. Ağcabədidə Şahin Məmmədovun iradəsi bütün qanunlardan üstün tutulur. Mən özüm aşağı Afşar kəndinin bələdiyyəsini qanunsuz hərəkətlərinə görə məhkəməyə vermişəm. Mən xahiş edirəm ki, bizim bu problemlərimizi qəzetlərdə, sayt, portallarda ictimailəşdirin ki, bəlkə dövlətin başında duranlar Ağcabədidəki məmur özbaşnalıqlarından xəbər tutub bir tədbir gördülər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR