Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”

5-12-2018, 13:47 1516 dəfə baxılıb

“Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı.
Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin son 5 illə məhdudlaşmadığı da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK-un prezidenti cənab İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Naxçıvanda, Ismayıllıda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilib.”

Bunu Azerinfo.tv əməkdaşına söyləyən, İsmayıllı Olimpiya Kompleksinin direktoru Tofiq Hümbətov deyir ki, Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Tofiq müəllim söyləyir ki, gənclərin asudə vaxtının səmərəli keçməsi, onların idmana cəlb etməsi çox vacibdir. Bu gənclərin kriminala, narkotikə qurşanmasının , başqa zərərli vərdişlərə yiyələnməsinin qarşısını alır:
“Bu səbədən İsmayıllı icra başçısı , cənab Mirdamət Sadıqov daim bizə dəstək olur, işimizlə hər zaman maraqlanır.

Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”
Bu səbəbdəndir ki, rayonumuz idman mərkəzinə dönüb. Gəlin bu il İsmayıllıda keçirilmiş yarış və toplantıların qısa siyahısına nəzər salaq:


Fevral- Güləş üzrə Zona birinciliyi.
Mart- Ağır Atlitika üzrə Azərbaycan yığma komandasının 15 günlük təlim –məşq toplantısı.
Aprel-Bədii gimnastika üzrə Zona birinciliyi
May- Cüdo üzrə Yeniyetmələr arasında Zona birinciliyi.
İyul- Karate üzrə Respublika Çempionatı (Azər Həsənsouyun fedarasiyası)
Avqust -Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində VKC karate idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatı keçirilib.
Yarışlarda 36 komandadan 160 idmançı iştirak edib
Yarışları VKC Karate İdman Federasiyasının sədri Nurəddin Quliyev də izləyib.


Sentyabr-- Həndbol üzrə rayon çempionatı. 12-13 yaş uşaqlar arasında yarışı İvanovkadan olan idmançılar qazanıb.
Oktyabr- Futzal üzrə Açıq rayon birinciliyi.
Noyabr- Karatenin pencak-silat nəvü üzrə Respublika açıq birinciliyi.
Bundan başqa, elə az əvvəl- 2-3 dekabrda Ümummilli lider Heydər Əliyevin xatirəsinə Cüdo üzrə yarış keçirilib. Yarışda Bakı, Sumqayıt, Qəbələ, Bərdə, İsmayıllı və başqa rayonlardan olan 400 idmançı qüvvəsini sınayıb.
2019-cu il üçün tədbirlər qrafiki daha sıxdır.”


Tofiq Hümbətov deyir ki, ölkədə heç zaman idmana və idmançılara bu cür yüksək diqqət, qayğı olmayıb:
“Bu məqamda dövlət başçısının hələ 2004-cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarının gedişində söylədiyi fikirləri də xatırlatmaq istərdim. "İdmançılar böyük idmandan getdikdən sonra heç kimə lazım olmurlar. Onlar sağlamlığını və gənclik illərini böyük idmana qurban verdilər. Mən onlara həmişə dayaq olacağam" deyən dövlət başçısı idmançılara hörmətini ifadə etmişdir. Həqiqətən də insanlar dövlət başçısının diqqət və qayğısını aşkar hiss edirlər.”


İlqar
Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”

Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”
Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”
Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”

Tofiq Hümbətov :”Ismayıllıda gənclər vətənpərvər və sağlam ruhda tərbiyə edilir”





loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR